Saç tökülməsinin qarşısını alan qidalar
Təbii qidalar- Təbii qidarlar vacibdir, çünki kimyəvi tərkibi yoxdur. Kimyəvi maddələr, saç böyüməsinə müdaxilə edən endokrin pozucular kimi davrana bilir.
Balqabaq tumu- Balqabaq tumu sink baxımından zəngindir. Bu da saç sağlamlığı üçün əhəmiyyətlidir. Araşdırmalar, sink çatışmazlığının hipotiroidizm və saç tökülməsi ilə nəticələndiyini göstərir.
Təzə balıq- Təzə və təbii olaraq ovlanan balıqlar omeqa-3 yağları baxımından çox zəngindir. Omeqa-3 yağları iltihabının qarşısını alarkən, saç böyüməsinə və qalınlaşmasına kömək edir
Yaşıl çay- Yaşıl çay saç böyüməsinə təsir edən antioksidan tərkiblidir. Həmçinin, testosteronun DHT-yə çevrilməsini dayandıra bilir.
Super toxumlar- Chia, kətan toxumları saç böyüməsinə kömək ola biləcək lif və sağlam yağlar baxımından zəngindir.
Kafein- Araşdırmalara görə kafein, saç böyümsini yavaşladan maddə olan DHT-nin təsirlərini azaldaraq saç millərini hərəkətə gətirir və saç tökülməsinin qarşısını alır.
Saç tökülməsinə əngəl olacaq əsasi yağlar
- Hind sünbülü yağı saç uzanmasını sürətləndirmək və ağarmasını yavaşlatmaq üçün istifadə edilir. 2011-ci ildə aparılan bir araşdırmada, bu yağım saçın uzanmağına təsir etdiyi görülmüşdür.
- Lavanda, kəklikotu, adaçayı və nanə baş dərisinin qan dövranını sürətləndirməyə kömək edir.
Saç tökülməsini artıran qidalar
Şəkər- Şəkər hormon nizamında rol oynayır, insulinə təsir edir və DHT ifrazını artırır.
Spirt - Spirt qaraciyərdə toksinli maddələrin artmasına səbəb olur. Bu da saç tökülməsinə səbəb olur.
Kafein- Kiçik dozada qəbul edilən təbii qəhvə və çay saç sağlamlığına fayda edir, ancaq artıq doza zərərlidir.