Qadin.NET / Saç rəngini açmaq üçün təbii üsullar

Saç rəngini açmaq üçün təbii üsullar

Limon suyu

Bir fincan limon suyuna təxminən dördə bir qədər ilıq su əlavə edin və qarışdırın. İstəsəniz qarışımı bir sprey şüşəsinə qoyub saçınızda istifadə edə bilərsiniz. 

Saç rəngini açmaq üçün təbii üsullar

 

Saf bal

Bu üsullu istifadə edən əsil baldan istifadə etdiyinizdən əmin olmalısınız. af balın tərkibində olan maddələr saç üçün olduqca idealdır. İstəyə görə maska və ya digər üsullardan istifadə edərək balla saçınızı aça bilərsiniz. Bu üsullun əsas xüsusiyyəti ondan ibarətdir ki, saçlarınızı qidalandırır. Bərabər miqdarda bal və suyu qarışdırıb, saçınıza çəkib günəşdə gözlədin. Eyni üsulla balı saçınıza çəkib gecə yata bilərsiniz. Tək mənfi tərəfi yuyarkən, balı saçınızdan təmizləmək asan olmayacaq.

Saç rəngini açmaq üçün təbii üsullar

 

Darçın

Məişətdə istifadə etdiyimiz darçın  saç üçün olduqca faydalıdır. Saçımız üçün təbii günəş qoruyucusu olan darçın, eyni zamanda saçı yumşaldır. Yarım stəkan saç kreminə 3-4 qaşıq toz darçın əlavə edin və məcun halına gələn qarışımı saçınıza masaj edərək çəkin. 

Saç rəngini açmaq üçün təbii üsullar

 

C vitamini

Rəngli saçlar üçün başqa bir üsul isə C vitamini həbləridir. Daima istifadə etməyin! Saəcə 10 həbi toz halına gətirib şampuana əlavə edin və çiməndə istifadə edin. ( orta boy şampundursa, tozun 1/4 istifadə edin)

Saç rəngini açmaq üçün təbii üsullar

 

15 iyun 2018
GO BACK