Çətir alın
Yağışlı günlərdə saçlarınızı yağışdan qorumaq istəyirsinizsə, çətin almağı unutmayın.
Saçınızla oynamayın
Saçınızın yağlanması və formasını itirməməsi üçün saçlarınıza çox toxunmayın, oynamamağa diqqət edin.
Nəmləndirin
Saçları nəmləndirmək xüsusislə, yağışlı havalarda çox vacibdir. Siz də, yağışlı havalarda ekstra nəm verən kremlərlə saçlarınızı dəstəkləyə bilərsiniz.
Elektriklənmənin qarşısını alan məhsullardan istifadə edin
Xüsusilə, qıvırcıq saçlar yağışlı günlərdə həcm qazanmağa, elektriklənməyə daha çox meyillidir. Bunun qarşısını alan məhsullardan istifadə etməyə diqqət etməlisiniz.
Saçınızı yaxşıca qurudun
Yağışlı günlərdə saç formanızın uzun müddət pozulmamasını istəyirsinizə, saçınızı yaxşıca qurutmalısınız. Saçınızı qurutduqdan sonra həmin dəqiqə evdən çıxmayın. Saçınızın soyumasını gözləyin.