Mövsüm dəyişikliyi ilə əlaqəli saçlarda kəpə artır. Kəpəyə qarşı mübarizə üsullarını sizə təqdim edirik.
- 1 yemək qaşığı alma sirkəsini 1 stəkan su ilə qarışdırın. Saç diblərinizə masaj edərək çəkin. 1 saat gözlədikdən sonra durulayın. Bu üsulu həftədə 2 dəfə davamlı edin.
- 1 kasa qatığı çırpın, saçlarınızın diblərinə sürtün 15 dəqiqə gözləyin. Orqanik şampunla durulayın.
- Şampunun içinə 1 yemək qaşığı karbonat əlavə edərək kəpəkləri yox edə bilərsiniz.
- Qatı Hindistan qozu yağını ovucunuzda isidin və saç diblərinizə masaj edərək çəkin.
- Quru saç dərilərinizə barmaq uclarınızla şam yosunu yağını sürtün. 2 saat gözlədikdən sonra ilıq su ilə durulayın.