Qadin.NET / Saç ağarmasına qarşı ən təsirli maska

Saç ağarmasına qarşı ən təsirli maska

 

Qocalma əlaməti sayılan ağ saçları heç kim sevmir. Buna görə də müxtəlif vasitələrlə tez bir şəkildə onlardan can qurtarmağa çalışırlar. Adətən saç boyası ilə rəngləyərək ağ tükləri gizlədirlər. Amma bu vasitənin özünün də saçları sürətli bir şəkildə ağartdığı bildirilir.

Saç ağarmasına qarşı ən təsirli maska


Saç niyə ağarır?

Saç rəngi saç köklərindəki piqment sayəsində yaranır. Bu piqmentlər melanin istehsal edir. Zaman keçdikcə hüceyrələr melanin istehsal edə bilməyəndə saç bozarmağa, hətta ağarmağa başlayır. Saç ağarması adətən yaşlandıqca ortaya çıxsa da, tək səbəbi bu deyil. Ani yanan şok və ağır stress, hipofiz vəzi pozuntuları, qansızlıq, erkən yaşlanma sindromu, B12 vitamini əskikliyi, hava çirkliliyi, yetərsiz qidalanma və genetik vəziyyətlər saç ağarmasına səbəb olur.

Saç ağarmasına qarşı ən təsirli maska

Ağ saçlar necə örtülür?

Saçlarınızdakı ağları boyamaq üçün satılan müxtəlif saç boyalarından faydalana bilərsiniz, lakin onlar kimyəvi tərkibli olduğundan orqaqnizminizə zərər verə bilər. Evdə təbii vasitələrlə ağ saçlardan qurtulmaq da mümkündür. 1 litr suyun içinə atacağınız 5 ədəd qurudulmuş yaşıl qoz qabığını 5 dəqiqəyə qədər qaynadın. Saçlarınızı hər gün bu su ilə saç diblərinizə masaj edərək yuyun. 21 günün sonunda ağlarınızın örtüldüyünü görəcəksiniz.

Saç ağarmasına qarşı ən təsirli maska

Saç ağarmasının qarşısını necə alaq?

Hələ saçlarınız ağarmayıbsa, onların tez ağarmasının qarşısını almaq mümkündür. Kakos yağı ilə mütəmadi olaraq maska qoyduğunuzda saçlarınız həm itirdiyi nəmi geri qazanacaq, həm də ağ tüklərin çıxmasını gecikdirəcək. Bu maska üçün saçlarınıza dibdən ucuna qədər kakos yağı vurun. Bir gecə saxladıqdan sonra ertəsi gün yuyun. Saçlarınızda çıxmağa başlayan ağların azaldığını görəcəksiniz.

 

7 mart 2018
GO BACK