Saç düzləşdirən üsulları sizə təqdim edirik.
Hindistan qozu südü
Bir stəkan Hindistan qozu südünün içinə yarım limon suyu əlavə edin. Soyuducuda bir müddət saxlayın. Soyuyan qarışımı çıxardıqdan sonra krem halına gələnə qədər qarışdırın. Daha sonra bu kremi saçlarınıza yaxşıca çəkin və isti suya batırılmış bir dəsmalla saçlarınızı sarıyın. Bir müddət gözlədikdən sonra ilıq su və şampunla yaxşıca yuyun. Bu üsulu həftədə 1 dəfə edin.
Süd
Bir sprey şüşəsinə bir miqdar süd əlavə edin. Saçlarınız şampunla yuduqdan sonra darayın və spreydən sıxın. Yarım saat gözlədikdən sonra yenidən yuyun. Südün qoxusundan xoşunuz gəlmirsə, saçınız yaş halda darağın üzərinə ətir sıxın və darayın. Südün qoxusu tamamilə gedəcəkdir. Bu üsulu həftədə 2 dəfə tətbiq edin.