Hindistan qozu yağı
Kəpəyə qarşı ən təsirli üsul təbii yağlardan bir də Hindista qozu yağıdır. Duşa girmədən Hindistan qozu yağını msaj edərək saç dərinizə çəkin. Bir dəsmalla sarıyıb yarım saat gözləyin və fırça ilə saçlarınızı fırçalayın. Sonra ilıq su və şampunla yağı saçınızdan çıxara bilərsiniz.
Limon suyu
Limon suyunu sadəcə kəpəyə qarşı deyil, saç köklərinizin güclənməsi və saçların təbii parlaqlıq qazanması üçün də istifadə edə bilərsiniz. Limon suyunu saç dərinizdə istifadə etmək üçün, əvvəlcə saçlarınızı xəfif bir şampunla yuyun. Nəm halda saç dərinizə barmaq uclarınızla masaj edərək limon suyunu çəkin. Yarım saat gözlədikdən sonra şampunla yuyun. Yaxşı yumaq vacibdir, limon suyu qalmış saçlarla günəşə çıxsanız saç dibləriniz açılacaqdır. Limon saç dərisini təmizləərə, artıq yağları götürər və köklərin güclənməsini təmin edər.
Sirkə
Sirkənin anti-bakterial xüsusiyyəti saç dərisində yaranan ölü dərilərin təmizlənib saç köklərin hava almağını təmin etməkdir. 1 çay stəkanı su ilə 1 çay stəkanı sirkəni qarışdırıb şampun kimi istifadə edin. Qarışımı saç diblərinizə yaxşıca hopmasını təmin edin.
Mayonez
Mayonez kəpəyə qarşı mübarizədə ən təsirli üsullardan biridir. Saçlarınızı şampunla yaxşıca yuduqdan sonra saç diblərinizə mayonez sürtün. 30-45 dəqiqə saxladıqdan sonra saçlarınızı yaxşıca yuyun.