Qadin.NET / Saçlardakı saçqıranların səbəbi və çarəsi

Saçlardakı saçqıranların səbəbi və çarəsi

Bir çox qadınlar saçqıran problemi ilə üzləşir. Bunun səbəbləri çoxdur:

Saçlardakı saçqıranların səbəbi və çarəsi

- saçlara düzgün olmayan baxım, "aqressiv" vasitələrdən istifadə (saçların tez-tez boyanması, kimyəvi vasitələrdən - lak, gel və s. - istifadə, fendən və saç ütüsündə sui-istifadə və s.)

 

- uzun və nazik saçlar. Belə saçlar tez-tez dolaşır ki, daranma zamanı saçqıran əmələ gəlir.

 

- viamin və mineral çatışmazlığı

 

- irsiyyət

Saçlardakı saçqıranların səbəbi və çarəsi

- havanın təsiri

 

- bəzi saç və baş dərisi xəstəlikləri (məsələn, quru seboreya)

 

- stress

 

- doğuş. Doğuşdan sonra qadın orqanizmində güclü hormonal dəyişikliklər baş verir ki, bu da həmçinin saçların vəziyyətinə təsir edir.

 

- menopauza.

 

Saçqıran probemini həll etməyə kömək edən bəzi vasitələr təqdim edir:

Saçlardakı saçqıranların səbəbi və çarəsi

1. Xüsusi müalicəvi şampunlardan istifadə edin.

 

2. Qoruyucu balzam alın.

 

3. Təbii maskalardan istifadə edin. Məslən, belə maska yaxşı kömək edə bilər: 1 x.q. zeytun yağı, 1 yumurta sarısı, 1 ç.q. bal qarışdırın, baş dərisinə çəkin, saçları sellofana və dəsmala bükün, 1 saatdan sonra yuyun.

 

4. Saçlarınızı kəsdirin. Bu saçqıran probleminin ən yaxşı həllidir.

 

5. Yaş saçınızı daramayın. Saçlar dolaşıbsa, əvvəl onları barmaqlarınızla ayırın, yalnız sonra ehtiyatla darayın.

 

6. Soyuq havada papaq taxın.

 

7. Saçları sıx yığmayın.

 

8. Düzgün qidalanın. Balanslaşdırılmamış pəhrizlər öz "təsirini" ilk növbədə dəri və saçlarda göstərir.

 

Milli.Az

9 fevral 2018
GO BACK