Vitamin çatışmazlığına görə tökülən saçlarınızı təbii üsullar ilə saxlaya bilərsiniz. Sizlərə saç tökülməsinin qarşısını alan təbii maskalar təqdim edirik:
1. Yumurta maskası
Tərkibi:
1 ədəd yumurta
1 stəkan süd
2 y/q limon suyu
2 y/q zeytun yağı
Hazırlanması və istifadəsi:
Yumurtanı çırpıb, qalan tərkibi də əlavə edərək qarışdırın.
Baş dərinizə masaj edrək çəkin. 20 dəqiqə saxlayandan sonra soyuq su ilə yuyun.
2. Banan maskası
Tərkibi:
2 ədəd yetişmiş banan
1 y/q zeytun yağı
1 y/q bal
1 y/q hind qozu yağı
Hazırlanması və istifadəsi:
Tərkibi kasada qarışdırın.
Saç diblərinizə və saçlarınıza çəkin. 5 dəqiqə saxladıqdan snra ilıq su ilə yuyun.