1. Yatmadan əvvəl saçlarını daramalısan. Beləcə gün içərisində tökülən saçlarını təmizləmiş və saç dərinə masaj etmiş olarsan.
2. Sənin də ən böyük dərdin gecə yatarkən qarışan saçlarsa, yatmazdan əvvəl seyrək şəkildə saçlarını hörə bilərsən.
3. Saçlarının sağlam uzanmasını istəyirsənsə, üç aydan bir uclarından 1 sm kəsdirməlisən.
4. Saçların çox tökülürsə, zeytunyağını saç diblərinə masaj edərək tətbiq et və 20 dəqiqə gözlə. Sonra saçlarını şampun ilə yu. Bu qulluğu ayda iki dəfə etməyi unutma.
5. Yağış, külək, aksesuar istifadəsi kimi səbəblərə görə qış boyu zədələnmiş saçlarına mütləq baxım kremi istifadə etməlisən.
6. Fen, düzləşdirici kimi saç şəkilləndiricilərindən əvvəl qoruyucu məhsullardan istifadə edərək saçlarını istilikdən bir az qorumuş olarsan.
7. Saçlarını daramaq üçün hər vaxt iri dişli daraqdan istifadə etməlisən. İncə dişli daraqlar saçlarını daha çox tökə bilər.
8. Saçlarının qırılmasını istəmirsənsə, qurudarkən yüksək istilikdən qaçınmalısan.
9. Saçlarının sağlam uzanması üçün nizamlı olaraq daramalısan.
10. Gərgin şəkildə yığmaq saçlarının tökülməsinə səbəb ola bilər.
11. Aralardan çıxan kiçik saçlarının görünməməsi üçün incə bir darağın üzərinə saç spreyi sıxaraq daraya bilərsən.
12. Duş sonrası qarışan saçlardan xilas olmaq üçün sən də tədbirini əvvəldən al; duş əsnasında dibdən uclara doğru darayaraq bunu önləyə bilərsən.
13. Saç kremini saç diblərinə deyil, saç uclarına sürt.
14. Duş sonrası saçlarındakı ağırlığı almaq üçün şampunu birbaşa başına tökmə, əvvəl ovuc içində sulandırıb istifadə etməni sına.
15. Saçlarını qurudarkən dəsmalı başına çox sıxma. Yalnız suyu özünə çəkməsi üçün yüngül hərəkətlərlə dəsmala toxun. Hətta dəsmal belə istifadə etmədən başını ləyənə doğru əyib əllərinlə saçlarını silkələməyin ən doğru üsuldur.
16. Yumşaq saçlara sahib olmaq üçün saç kremindən sonra saçını mineral su ilə durulaya bilərsən.
17. Saçların qırılmasının qarşısını almaq üçün saç baxım və maskasını bir yerdə istifadə etmə. Hər iki məhsulu eyni anda istifadə etmək saçlarını matlaşdırar.
18. Saçların cansız görünürsə, o zaman yalnız istifadə etdiyin məhsullar deyil, sağlam bəslənmək də çox əhəmiyyətlidir. Bol-bol C vitamini qəbul edərək, saçlarının işıldamasına kömək edə bilərsən.