1) Saç baxımı kremini təkcə saçınıza çəkin
Saç baxımı kremini dibdən uca çəkmək, saç diblərinin yağlanmasına səbəb olur. Həm yumşaq, həm də yağ görünməyən saçlara sahib olmaq istəyirsinizsə, diblər dəyməcək formada ortadan başlayıb saçın uclarınıza doğru çəkin.
2) Körpə pudrasından istifadə edin
Quru şampun istifadə etməkdən əlavə köhnə üsulları seçirsinizsə, pudra tam sizlikdir. Quru şampun kimi saç diblərinizə tökün və parmaq uclarınızla yavaş-yavaş masaj edin. Saçınız ağ görünməsin deyə pudraya kakao qata bilərsiniz.
3)Quru şampundan istifadə edin
Quru şampun saç köklərindəki yağı əmməkdən əlavə, saçın yağlı və parlaq görünməsinin qarşısını alacaq. Eyni zamanda normalda saçlarınızı hər gün yumaq məcburiyyətiniz olmayacaq.
4) Saçlarınızı tez-tez yumayın.
Saç dibləri nə qədər tez yağdan təmizlənirsə, bir o qədər yağlanmanı artır. Saçlarınızı hər gün yuyursunuzsa, bu müddətdi iki gün bir olaraq uzada bilərsiniz.
5) Saçlarınızı tez-tez daramayın
Saçlarınızı çox daramasanız, saç diblərindəki yağı saçlarınıza yaymaya bilərsiniz. Saç daramaq yağlanmanı artırır.
6) Saç baxımı məhsullarını diqqətlə seçin
Saçlarınızın yağlanmasını artıran saç kremləri, maskaları və başqa məhsuları, miqdarlarını da diqqət edərək çox sıx istifadə etmədiyinizdən əmin olun.