Mayonez deyiləndə ağlınıza yemək gələ bilər, amma saçlarınıza olan faydasını görəndə bu vəziyət dəyişəcək. Mayonez, tərkibində olan birləşmələr sayəsində günəşdən və ya boyadan zərər görmüş saçları bərpa edir.
Tərkibi:
3-4 y/q mayonez
1-2 y/q zeytun yağı
1ədə yumurta
Hazırlanması:
Otaq istiliyində mayonez və yumurtaya az-az zeytun yağı əlavə edərək qarışırın. Saçlarınızı yaxşıca isladın. Yaş saç diblərinizə masaj edərək çəkin. Eyni hərəkəti saçlarınızın uclarına da edin.
1-2 saat qədər saçlarınızda saxladıqdan sonra bol su ilə yuyun. Saçınız nə qədər zərər görübsə, o qədər istifadə edin.