Maska 1.
Tərkibi: Zeytun yağı, bal və darçın.
Zeytun yağını, bal və darçını qarışdırın. Alınan qarışımı saç dərisinə masaj edərək yedirin və 15 dəqiqə saxlayın. Şampunla yuyun. Bunu həftədə 3-4 dəfə təkrarlayın.
Maska 2.
Tərkibi: 1 qaşıq zeytun yağı, 1 qaşıq çörəkotu və 2-3 diş sarımsaq.
Sarımsağı əzib, çörəkotu və yağla qarışdırıb, saçınıza sürtün və yarım saat gözləyib, sonra yuyun.
Maska 3. Gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün. Bu, saçlarınızın daha çox tökülməsinin qarşısını alar.
Tərkibi:
- 5 yemək qaşığı zeytunyağı
- 2 yumurta
Bunları qarışdırın, alınan qarışımı saçınıza çəkin. 15 dəqiqəyə qədər gözləyin. Sonra saçınızı bol su ilə yuyub durulayın.
Bu maskadan həftədə 1-2 dəfə istifadə edin.
4 xörək qaşığı quru kəklikotunu alüminium olmayan çaydanda 2 stəkan su ilə 10 dəqiqə qaynadın. Süzgəcdən keçirin və soyudun. Əldə etdiyiniz kəklikotu suyunu yeni şampunlayıb duruladığınız saçınıza yavaşca tökün, yumşaq hərəkətlərlə yaxşıca ovalayıb baş dərinizə çatmasını çalışın. Yenidən durulamağınıza ehtiyac yoxdur. Amma istəsəniz, yenidən təmiz su ilə durulaya bilərsiniz.
Tərkibi:
* 4 ədəd yumurta
* 1 fincan gül suyu
* 1 fincan istiot losyonu (apteklərdə satılır)
Yumurtaları çırpın. Saça masaj edərək yaxşıca yedirin. 30 dəqiqə qədər gözlətdikdən sonra saçı istiot losyonu qatdığınız gül suyu ilə yuyun. Saçlarınız canlanacaq, yağlı görünüş qalmayacaq.