Qadin.NET / Saç dərisi qaşınırsa

Saç dərisi qaşınırsa

 

 

Saç dərisi qaşınırsa

 

 

Əgər saç dəriniz dayanmadan qaşınırsa, səbəb kəpək və daha çoxu ola bilər. Kəpəkdən göbələyə, bakteriyaya kimi bir çox vəziyyət saç dərisinin qaşınmasına səbəb ola bilir. Bu səbəblə qaşınma çoxdursa və qızartı kimi vəziyyətlər olursa, əvvəlcə mütləq bir mütəxəssisə gedin. 

 

Qaşınan saç dərisi baxımı:


Şampununuzu dəyişin

 

Saç dərisi qaşınırsa

 

İndi istifadə etdiyiniz şampunu, kəpəkli, qaşınan saç dərisinə xüsusi baxım şampunları ilə dəyişdirin. Hətta saç dərinizin qaşınmasının səbəbi bəlkə də istifadə etdiyiniz şampundur.

 

İlıq su istifadəsi

 

Saç dərisi qaşınırsa

 

Xüsusilə qış aylarında isti vanna qəbul etmək olduqca gözəldir, amma qaşınan saç dərisi üçün isti su istifadə etmək olduqca zərərlidir. Bu, saç dərinizin daha da qaşınmasına və kəpəyin artmasına səbəb ola bilər. Bu səbəblə saçlarınızı daima ilıq su ilə yuyun.

 

İsti ilə formaya salmaq

 

Saç dərisi qaşınırsa

 

Qışda fen ən çox istifadə etdiyimiz alətlərdən biridir. Amma yüksək isti ilə formaya salma həm saçlarımıza zərər verir, həm də saç dərisinin qurumasına səbəb olur. Saçların özünün qurumasına imkan verməli, mütləq qurutmaq lazımdırsa fenin aşağı dərəcəsində saçlarınızı qurutmalısınız.

 

15 oktyabr 2017
GO BACK