Xına
Xına uzun illərdir təbii saç boyamada istifadə edilir.
Qurumuş çobanyastığı
Qurudulmuş çobanyastığı da təbii saç rəngi açmada istifadə edilir. Çobanyastığının boyalı saçlarda belə az 2-3 ton açdığı bilinir.
Qara çay, ada çayı, qərənfil və qoz
Bunlar saçı təbii yolla açır. Həmçinin tərkibindəki maddələr sayəsində saç dərisini təmizləyir, saçlar daha sağlam və gur çıxır.
Bu reseptlə tünd rəngli saçlara sahib ola bilərsiniz.
Tərkibi:
500 ml su
250 qram toz yaşıl xına
1 ovuc ada çayı
1 ovuc qərənfil
1 y/q qara çay (istəyə görə)
Hazırlanması:
Ada çayı və qərənfili bir qazana əlavə edərək üzərinə su əlavə edin. 10 dəqiqə qaynadın. Saçlarınız tünd rəngdə olmasını istəyirsinizsə, ya da saçlarınızda ağlar varsa bu qarışıma qara çay əlavə edə bilərsiniz. Sonra qarışımı süzün. Ayrı bir kasada xınanın üzərinə çaylı suyu əlavə edərək qarışdırın. Qarışım homojen bir vəziyyət aldığında saç diblərinizdən uclarına doğru çəkin.
Bu formada ən az 2 saat saxlayın. Saçlarınızın çox tünd olmasını istəyirsinizsə, qarışımı axşamdan saçınıza çəkərək səhərə kimi saxlayın.