Dəri rənginiz əsmərsə təbii saç rənginiz isə qəhvəyidirsə, qəhvəyi rəngin bir çox tonu sizə yaraşacaqdır.
Təbii saç rənginiz açıq tonlardadırsa, böyük ehtimalla dərinizin rəngi açıqdır. Ağ dərilisinizsə kül qumral, qara, kül qəhvəyi tonlar sizə yaraşacaqdır.
Təbii saç rənginiz qara ya da tünd qəhvəyi tonlarda və ağ dərilisinizsə, daha isti tonlarda olan şokolad qəhvəyi tonları, qızılı, qızıl karamel, içində qızıl tonlar olan şabalıdı rənglər sizə yaraşacaq.
Açıq rəngli dəri ilə qara saçlarla möhtəşəm uyğunluq tuta bilərsiniz.
Buğdayi insanlara çox təbii yaraşan qumral saç rəngi ölkəmizdəki bir çox qadının təbii saç rəngidir. Kül qəhvəyi tonlar sizə yaraşacaq.
Göz rəngi əsas faktordur.
Gözləriniz tünd qəhvəyi, boz-mavi, tünd mavidirsə, saçlarınızdakı soyuq və kül tonlar gözəl yaraşacaq.
Gözləriniz qızıl qəhvəyi, yaşıl, sarı tonlarda qəhvəyi rəngdədirsə, saçlarınızdakı isti tonlar görünüşünüzü tamamlayacaqdır.