Saçınızı düzləşdirmək üçün istifadə etdiyiniz kimyəvi maddələrin saçınız üçün olduqca zərərli təsirləri vardır. Bundan əlavə düzləşdirmək üçün fenlərdən istifadə etmək də saçınızın quruyub qırılmasına səbəb olur.
Necə düzləşdirməli?
Saç düzləşdirici məhsullar tiplərinə görə bölünür. Saçlara ən az zərər verən bir məhsul seçməyin vacibliyi də burda ortaya çıxır. Saçları qırmayın, saçın dözə biləcəyindən daha artıq istilik verməyən düzləşdirici istifadə etmək lazımdır.
Yaş saçlara heç vaxt düzləşdirici tətbiq edilməmilidir. Nəmli saç daha çox qırıla bildiyi üçün bir anda yüksək istilik veriləndə saçlar qırılır.
Buna görə duşdan sonra tamamilə quruduqdan sonra və həddindən artıq yüksək temperatura qoymadan saçlarınızı düzləşdirə bilərsiniz.
Düzləşdirici şampunlar və kondisionerlər saçdakı qıvrımları azaltmaq üçün nəzərdə tutulmuşdur. Ən yaxşı məhsullar üçün kosmetik və gözəllik vasitələri dükanlarından və gözəllik salonlarından alın, yaxud da salon ekspertindən sizə köməklik göstərməsini xahiş edin. Aldığınız şampun və ya kondisionerin tərkibində sadalanan inqrediyentləri oxuyun. Alkoqolun həmin məhsulların tərkibindəki əsas inqrediyentlərdən biri olmadığına əmin olun, çünki o sizin saçınızı qurudacaq və düzlənməsini daha da çətinləşdirəcəkdir. Düzləndirici serum və yaxud yuyulmağa ehtiyacı olmayan kondisioner almaq haqqında düşünün ki, saç qovuqcuqlarınızın güclənməsinə kömək etsin.