Qadin.NET / Nəmliyini itirən saçlar üçün maska

Nəmliyini itirən saçlar üçün maska

 

 

Nəmliyini itirən saçlar üçün maska

 

 

Avokado əslində bir meyvə olsa da, biz həmişə salatını hazırlamağa üstünlük veririrk. Damaq dadınıza meyvə kimi yemək uzaq gəlir.

Avokadonu yeyərək ondan faydalana biləcəyiniz kimi saçlarınız üçün də maska hazırlaya bilərsiniz. Avokado saçlar üçün olduqca vacib bir vitamin mənbəyidir. Xüsusilə, saçlar nəmliyini itirdiyi zamanlarda sizə verəcəyimiz maska ilə saçlarınızı canlandıra bilərsiniz.

 

Tərkibi:

Avokado

1 y/q zeytun yağı

Yarım stəkan süd

 

 

Nəmliyini itirən saçlar üçün maska

 

 

Hazırlanması:

Avokadonu püre halına gətirin. Sonra südü və zeytun yağını bir-birinə qarışdırıb, avokadonun üzərinə az-az əlavə edərək qarışdırmağa davam edin. 

 

 

Nəmliyini itirən saçlar üçün maska

 

 

İstifadəsi:

Saç diblərinizə masaj edərək çəkin və uçlarına doğru tam saçınıza çəkin. 30 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun. Bu maska saçlarınız parlamasına kömək edəcək. Bu maskanı saçlarınıza ayda 2 dəfə çəkə bilərsiniz.

 

 

 

3 avqust 2017
GO BACK