Saçlarınızın daha gözəl görünməsi üçün fendən istifadə edirsinizsə, gözəl buruqlara sahib olmaq üçün doğru bilinən bu səhvləri siz də etməyin.
Sizlərə saçlarınızı fenləyərkən bilməli olduqlarınızı təqdim edirik:
Saç yaşikən fenləmək
Saçlarınız yaş və ya nəmlidirsə formaya salmayın.
Saçlar yaş olarkən fenləmək yanmasına səbəb olur. Bu səbəblə Saçlarınızı fenlyərkən quru olduğuna əmin olun.
Feni tam isinmədən istifadə etmək
Ümumilikdə bütün saç tipləri üçün 200 dərəcə tövsiyə olunur. Ancaq fen tam isinmədən istifadə etməyin.
Tam isinməyən fenlə saçları sarımaq saçların istənilən forma almasını əngəlləyir.
Feni istənilən formaya görə düzgün bucaqdan tutmamaq
Feni istədiyini buruq formasına görə tutmağınız vacibdir.
Saçlara təbii buruqlar vermək üçün ucları kənarda qalacaq formada sarıyın və feni azca aşağı əyin.
Sıx və qabarıq buruqlar üçün feni yuxarı tutun və saçlarınızı şaquli vəziyyətdə sarıyın.
Saç spreyini ən son vurmaq
Saçları fenləyərkən en çox edilən səhv sarımağı bitirdikdən sonra sabitləməyə çalışmaqdı.
Buruqların pozulmaması üçün sona saxlamaq yerinə, hər buruqdan sonra spreydən istifadə edin.
Fenləməyə saçların alt hissəsindən başlamaq
Saçlarınızın daha həcimli görünməsi üçün üst hissədən burmağa başlamaq lazımdır.