Qadin.NET / Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi

Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi

Hər üç qadından biri saç düzləşdirmək üçün vasitələrdən istifadə edir. Saç baxımı mütəxəssisləri saç düzləşdiricilərinin saça zərər verib daha da qabarıq və cansız hala gətirə biləcəyi,hətta tökülmələrinə səbəb ola biləcəyi haqda xəbərdarlıq edir. 

İngiltərənin xəstəxana mənşəli 7 xüsusi klinikasından birində işləyən Saç və Dəri Mütəxəssisi Iain Sallis, ona saç tökülməsi mövzusunda müraciət edən qadınların davamlı olaraq saç düzləşdiricilərindən istifadə etdiyini söyləyir. 

Sallis köhnə nəsil poladdan hazırlanan saç düzləşdiricilərin yəni saç ütüləri 20 dəqiqədə istiləndiyini,ancaq seramikadan hazırlanmış yeni saç ütülərinin isə bir neçə dəqiqə ərzində 220 dərəcədə isindiyini söyləyir. Yeni texnologiyanın saçın quruluşuna zərər verdiyini qeyd edən Sallis -çöldən düz olaraq gördüyümüz saçlarımızın mikroskop altında araşdırıldığında hissə-hissə zəiflədiyini dedi. 

Sallis "İstifadəsi asan saç ütüləri çox istilik və qeyri-kafi qoruma səbəbiylə saçları qurudar və daha buruq, qabarıq hala gəlməsinə səbəb olar. Hətta saçlarda meydana gələn incəlmə səbəbiylə qopmalar gözlənilə bilər "deyir.

 

Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
 

 

Saç ütülərinin verdiyi zərərlərin müdaxiləsini azaltmaq üçün;

1)Saçı qorumaq üçün ütünü isitdikdən sonra istifadə etməmişdən əvvəl cihazı söndürün.

2)220 dərəcə istilənən ütülər əvəzinə dərəcəsi 180-nin altındakı olan ütüləri seçin.

3)Saç ütüsündən istifadə etməzdən əvvəl saçı istiyə qarşı qoruyan məhsullardan istifadə zərəri az da olsa azalda bilər. Spreylər heç də sehrli maddə deyil. Saç ütüsüylə birlikdə spreylərdən istifadə etsəniz belə saçlarınız zərər görəcəkdir.Onlar sadəcə təsiri azalda bilər. Bu səbəblə də saç ütüsünü yalnız lazım olduğu zamanlarda istifadə edin

3)Saç ütüsünü çox isti olmamasına diqqət yetirin. 

Saçlarım artıq ziyan görübsə nə etməliyəm?

Saçlara əvvəlcə ultra qidalandırıcı və qabarıqlığın qarşısını almaq üçün istifadə olunan xüsusi bir baxım tətbiq olunmalıdır. Saçlarınızı şampunlamadan əvvəl yaxşı bir məsləhətli və özünüzün istifadə edə biləcəyiniz bir kremdən istifadə edin. Barmaq uclarınızla kremi saç diblərinə sürtün və 20 dəqiqə gözləyin,sonra yuyun. 

Saçlarınız çox qabarırsa ipək yastıq örtüyü istifadə edin. Bu qabarmanı azalda bilər.

Sonda onu deyim ki,saç ütüsündən yalnız saçlarınız quru ikən istifadə edin, saçlarınız yaş ikən əsla düzləşdirməyin.

3 iyul 2011
GO BACK