Qadin.NET / Yayda saç baxımı necə olmalı?

Yayda saç baxımı necə olmalı?

Yayda saç baxımı necə olmalı?

Yaz aylarında daha sağlam saçlara qovuşmaq üçün Serkan Bozkurtdan sizin üçün bir-birindən dəyərli 5 tövsiyəni təqdim edirik:

1. Saç masajı

Daha keyfiyyətli saçlar üçün hər duşdan sonra saç masajı edin. Bu sayədə qan dolaşımı tezləşəcək və saçlar daha yaxşı qidalanacaq. Saç masajı dəridəki yağ tarazlığının nizamlı çalışmasına və gərginliyinizin azalmasına kömək edəcəkdir.

2. Tətildə saç baxımı

Günəş qum və dəniz hər kəsin haqqıdır. Həddindən artıq günəş, duzlu və xlorlu sular saçlarınıız üçün açıq bir təhdiddir. Həddindən artıq günəş altında qalan saç nəmini itirir və saçınızın tez bir şəkildə qırılmasına səbəb olur. Bu  müddət nə qədər uzun olarsa, saç rənginizdə dəyişəcəkdir. Buna görə, xüsusilə, günorta saatlarında günəş altında dayanmamağa diqqət edin. 

Yayda saç baxımı necə olmalı?

3. Fendən uzaq dayanın

Fen saçın nəm tarazlığını pozan bir nömrəli düşmənidir. Tez bir şəkildə quruyan saçlar şoka girir, ani maye dəyişikliyi saçda müqavimət itkisinə, saç dərisində isə nəm itkisinə səbəb olur. Saçlarınızı yuyarkən isti su istifadə etməyin. Mümkünsə ilıq su ilə yumağa diqqət edin. 

Yayda saç baxımı necə olmalı?

4. Kosmetik məhsullardan uzaq dayanın.

Sizə pis bir xəbərimiz var, heç bir şampun və krem gedən saçın yerinə yenisini gətirmir. Kosmetik məhsullardan uzaq dayanın. İstifadə etdiyiniz hər kosmetik məhsul saçın təməlini və müqavimətini zamanla pozur, zaman içərisində tökülməsinə hətta yox olmasına səbəb olur. Yediyiniz qidalar saç sağlamlığınıza birbaşa təsir edir. Ayrıca saç sağlamlığınız üçün nizamlı bir şəkildə idman etmək son dərəcə faydalıdır.

Yayda saç baxımı necə olmalı?

5. Yumşaq gil istifadə edin

Kəllik və saç tökülməsi problemi yaşayanlar yumşaq gil istifadə edə bilərlər. Yumşaq gil qadın-kişi hər kəsin saç baxım menyusunda olması lazımdır. Gili təbii məhsullar satan yerlərdən rahatlıqla ala bilərsiniz. Yumşaq gil, köhnəlmiş saçların baxımında istifadə edildiyi kimi saçların sağlam uzanmasına da imkan yaradır.

24 iyun 2018
GO BACK