Parlaq və sağlam saçlara sahib olmaq hər bir xanımın istəyidir.Bunun üçün sizlərə saçlara qulluq üçün bildiyim bir neçə maskanı təqdim edirəm.
1.Saçların dibinin möhkəmləndirilməsi üçün
Tərkibi:1/2 stəkan soğan şirəsi
1 yumurtanın sarısı
1/2 stəkan su
Bunları yaxşı-yaxşı qarışdırmaq lazımdır.Alınan qarışımı saçda 1saat saxlamaq sonra isə ilıq su ilə yumaq lazımdır.
2.Quru və kəpəkli saçlar üçün
Tərkibi: 1 xörək qaşığı bal
1/2 stəkan soğan şirəsi
1 xörək qaşığı bitki yağı
Bunların hamısını birlikdə qarışdırmaq lazımdır.Saçda 1saat saxladıqdan sonra isə yumaq lazımdır.