Çoxluqla stresli insanlarda görülən kəpəyə qarşı bitki mənşəli olaraq 5 fərqli həll təqdim edirik:
Limon suyu
Kəpək problemini həll edtmək üçün limon suyunu saç dibinə çəkə bilərsiniz. Kəpək problemini həll edə biləcəyiniz kimi, saçlarınızın güclənməsini də təmin edəcəkdir. Bunu etmədən əvvə saçlarınızı şampunla yaxşıca yumağı unutmayın.
Hind qozu yağı
Kəpəyə qarşı bitki mənşəli həllərdən biri də hind quzuyağıdır. Kəpəklə mübarizədə təsirli olan hind qozu yağını duşa girmədən əvvəl saç dərinizə masaj edərək çəkin. Yarım saat gözlədikdən sonra ilıq su ilə saçlarınızı yuyun.
Mayonez
Mayonez də kəpəyə qarşı istifadə edilir. Səhv eşitmədiniz, mayonez kəpəyə qarşı təsirli bir həll yoludur. Saçlarınızı şampunla yaxşıca yuduqdan sonra saç dibinə mayonez çəkin. 30-45 dəqiqə gözlədikdən sonra saçlarınızı təmiz bir şəkildə təkrar yuyun
Sirkə
Kəpəklə mübarizə üçün dördüncü yol isə sirkədir. Qoxusu səbəbi ilə çox tərcih edilməyən, ancaq təsirli bir həll yolu olan sirkə, kəpəklə mübarizədə vacib olduğu qədər saçları da gücləndirir. 1 çay stəkanı su ilə 1 çay qaşığı sirkəni qarışdırb, şampun kimi istifadə edin. Qarışımı saç diblərinizə yaxşıca enməsini təmin edin. Qarışımdan sonra saçlarınızı mütləq şampun ilə yuyun. Yoxsa sirkəli saçlarla ətrafa qoxu yaya bilərsiniz.