Uzun saçlar
Düz, qısa və ya uzun saç arasında qalmısınızsa, mütləq uzun olan modelə üstünlük verin. Uzun saç modelləri üzü daha uzun göstərərək olduğunuzdan daha uzun görünməyinizə köməkçi olacaq.
Asimmetrik bob
Asimetirk bob kəsim saçlar, üzünüzü daha incə göstərər. Toplu bir üzünüz varsa, asimmetrik bob kəsim ilə daha incə görünərsiniz.
Təpədən kiçik topuz
Təpədən toplanmış qalın və iri topuzlar üzünüzü olduğundan daha yumru göstərir. Bu üzdən topuzu mümkün olduqca kiçik etməyə çalışın.
Yandan ayrılmış saçlar
Ön hissələri yandan ayrılmış və uzun kəkil buraxılmış saçlar, üzə yumşaq bir hava qatır və sizi qaraqabaq göstərməz.
Atquyruğu modeli
Üzünüzün hər iki tərəfinə düşən kəkilli saç modelləri, sizi daha incə göstərər. Saçlarınızı atquyruğu şəklində topladıqda ön sıralardan bir neçə tel çıxararaq üzünüzü daha incə göstərə bilərsiniz.
Yumşaq dalğalar
Çox sıx hazırlanmış uzun dalğalar, başınızın daha kiçik dayanmasına və üzünüzün genişlənməsinə səbəb olur. Bu səbəblə saçınızı maşa etmək istədikdə dalğalarınızı bərk-bərk etmək əvəzinə, daha boş şəkildə buraxın.