Saç baxımında doğru bilinən səhvlər, saçların fenlənməsi, qırılmasına və çox daha vacibi tökülməsinə səbəb ola bilir.
Sizə saçlarınızı yuyarkən etdiyiniz 5 səhvi təqdim edirik:
365 gün eyni şampundan istifadə edirsiniz.
Hər şeydən əvvəl saçlarınızı hər gün şampunlamamalısınız və istifadə etdiyiniz şampun eyni olmamalıdır. Bir neçə aydan bir istifadə etdiyin şampunu saçlarına uyğun başqa bir məhsulla dəyişməlisiniz.
Şampundan əvvəl saçlarınızı lazımınca islatmırsınız.
Lazımı qədər su olmaqdan, şampun köpük etmir və siz də daha çox şampun istifadə etməyə başlayırsınız. Şampunlamaya başlamadan əvvəl saçlarınızı tamamilə isladın.
Saçınıza şampun vurmağa həmişə eyi yerdən başlayırsınız.
Ümumilikdə şampunu başımızın üst hissəsindən çəkərək köpükləndirməyə başlayırsınız, arada bir dəyişiklik edin. Uclarından və ya ənsənizdən başlayın.
Çox sürtünmə edirsiniz.
Saçınıza zərər verməkdən qorumaq üçün, barmaq uclarınıza yüngülcə masaj edir kimi yuyun.
İsti su ilə yuyursunuz.
Yuyarkən isti su istifadə etmək baş dərimizin və saçlarımızın qurumasına səbəb olur, ilıq su ilə yuyun.