Qadin.NET / Saç tökülməsinə qarşı mezoterapiya üsulu

Saç tökülməsinə qarşı mezoterapiya üsulu

 

Baxımlı və sağlam bir görünüş üçün vacib bir rolu olan saçların quruluşu zamanla zəifləyə bilir. Saça edilən mezoterapiya üsulu saç tökülməsini saxlayaraq, daha güclü, canlı və sağlam saçlara sabih olmanızı təmin edir. 

 

 

Saç tökülməsinə qarşı mezoterapiya üsulu

 

 

Saç tökülməsi yaş və cinsiyyət tanımır

Saç tökülməsi olduqca sıx rastlanan bir problemdir. Günümüzdə qadınlarda və kişilərdə hər yaş dövründə görünür. Gündə 100 ədəd saç telinin tökülməsi normaldır. Ancaq tökülməniz diqqət çəkəcək dərəcədə çoxdursa, ən qısa zamanda dermatoloqa getməyinizi tövsiyyə edirik. Saç tökülməsinin bir çox səbəbi var. Bir çox xəstəliyə işarət olduğu kimi tamamilə sağlam saçların normal ömürlərini tamamlayıb tökülmələrindən qaynaqlanan saç tökülməsi də mövcuddur. 

 

Saç tökülməsinin bir çox səbəbi ola bilər.

Qadın və kişilərdə saç tökülmələri fərqli şəkildə ola bilir. Kişilərdə saaç tökülməsi alın ya da üst hissədə açılma və saç cizgilərinin geriyə çəkilməsi şəklində olur. Bu tökülmə genetik və hormonal problemlərin təsirindən yaranır. Qadınlarda isə bütün saçlı nahiyələrdə bərabər miqdarda saçlarda azalma olur. Bu saç tökülməsinin, xüsusilə, mövsüm aylarında tamamilə fizioloji ola bildiyi kimi dəmir, sink kimmi vitamin, mineralların azalması ilə bağlı ola bilməkdədir. Ağır bir əməliyyat və pəhriz sonrası ya da tiroit hormon pozulmaları səbəbi ilə görülməkdədir. Doğum sonrası və ya sadəcə streslə bağlı olaraq da bu tip saç tökülməsi yarana bilir.

 

 

Saç tökülməsinə qarşı mezoterapiya üsulu

 

 

Mezoterapiya ilə saçın vitamin və mineral ehtiyacı ödənilir.

Saç mezoterapiyası günümüzdə olduqca sıx istifadə olunan bir müalicə növüdür. Saç mezoterapiyası saçın sağlam inkişaf edə bilməsi üçün lazımlı olan vitamin, mineral, antioksidan maddələrin mikro iynələr ilə saçlı dəriyə birbaşa tətbiq edir. Daha sonra isə saç dərisinə masaj edir.

 

Qida və vitamin əlavələri ilə dəsttəkləyə bilir

Saç mezoterapiyası daha təsirli ola bilməsi üçün həkim yoxlamasında saç tökülmə tipinə uyğun olan xüsusi bir qida əlavəsidir. Bunun xaricində saç qidalandırıcı maskalar, məsələn, gicitikan otu şampun kimi saç tökülməsinə qarşı məhsullar istifadə edərək, mezoterapiya müalicəsi sırasında faydalana bilərsiniz.

 

 

 

11 aprel 2017
GO BACK