Yumurta tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığınız da gözəlliyinizə təsir edir. Buna görə sadəcə qidalanmanız da deyil, şəxsi baxımınızda da yumurtadan faydalana bilərsiniz.
Yumurta tərkibindəki vitamin və mineralların saçlarınıza olan faydaları
Protein: Saç köklərini qidalandıraraq saçların sağlam uzanmasını təmin edir.
Yağ turşuları: Saçlara təbii parlaqlıq verir.
Kalium: Quru və zədələnmiş saçlar üçün dərman kimidir.
A vitamini: Saçların qırılmasının qarşısını alır.
D vitamini: saç tökülməsinin və kecəlləşmənin qarşısını alır.
B12 vitamini: Saçların sağlam uzanmasını təmin edir.
Kalsium: Kalsium uzun, sağlam saçların uzanmasını dəstəkləyir və D vitaminin həll olunması üçün vacibdir.
Yumurta maskası kalsium və protein baxımından inanılmaz bir dəstəkləyicidir. Saça yumşaq bir toxuma və parlaqlıq qazandırır.
Yumurta maskası necə hazırlanır?
Tərkibi:
1 ədəd yumurta
1 stəkan süd
1 ədəd limon
2 xörək qaşığı zeytun yağı
Hazırlanması və istifadəsi:
Saçınızın uzunluğuna görə 1 və 2 yumurta əlavə edə bilərsiniz. Yumurtanın sarısını və ağını ayırın. Sarısını təmiz, ayrı bir qaba qoyun. Südü və zeytun yağını qarışdırıb yumurtaya əlavə edin. Yaxşıca çırpın. Limonu sıxın və qarışıma əlavə edin.
Hazırlanmış qidalandırıcı maskanı saç dibinə və saç uclarınıza zərif masaj edərək çəkin. Təxminən 15-20 dəqiqə saxladıqdan sonra ilıq və ya soyuq su ilə yuyun. Ardından şampunla yuyun.
Yumurta ağını yağlı saçlar, yumurta sarısını quru və qırılan saçlar üçün istifadə edə bilərsiniz. Yumurtanın tamamını isə normal saçlar üçün istifadə edə bilərsiniz.