Qadin.NET / Quru saçlar üçün yumurta maskası

Quru saçlar üçün yumurta maskası

Quru saçlar üçün yumurta maskası

Yumurtanın tərkibində bol miqdarda protein və sulfid var. Bu maddələrin hamısı qida olaraq qəbul edildiyində  və ya maska olaraq istifadə edildiyində saçın parlaq və sağlam olmasını təmin edir. Yumurtanın tez xarab olması səbəbi ilə satılan saç məhsullarının tərkibinə qatılmır. Ancaq evdə hazırlaya biləcəyinizlər çox vaxt və təcrübə istəməz. Ayrıca da ucuzdurlar. Quru və zədələnmiş saçlar üçün yumurtanın hamısından və ya sarısından istifadə edə bilərsiniz.

 

Saç üçün yumurta maskalarının müxtəlif növəri vardır. Ən asan olanı isə bir və ya iki yumurta çırpılır. Təmiz və quru saça, saç köklərindən ucuna qədər çəkilir. İlıq suda yumazdan əvvəl ən az 30 dəqiqə saxlayın. Sonra isə saçınızı şampunla yuyun. Evdə hazırlanmış sirkə ilə təzədən yuyaraq sona çatdıra bilərsiniz.

Quru saçlar üçün yumurta maskası

Daha zəngin saç baxımı üçün hind qozu və  avakadoun tərkibində yağ və antioksidan olduğundan yumurta ilə birləşdirə bilərsiniz. Yarım avakadonu əzin və bir yumurta sarısı ilə qarışdırın. Krem vəziyətinə gəldikdə hind qozunun südünü əlavə edin. Saç diblərindən uclarına qədər çəkin, yarım saat saxlayın.Daha sonra yenə ilıq su ilə yuyub və şampunla təkrar yaxalaya bilərsiniz.

XlX əsrdə tapılmış bu formul sayəsində, xına və yumurta qarışımı saçlara rəngli tonlar qatarkən, yumurta xınanın səbəb olduğu qurululuğun qarşısını almışdır.

Bir dənə çırpılmış yumurta, bir çay qaşığı zeytun yağı, iki qaşıq bal, 600 qram xına, 24 damcı lavanda yağı qarışdırın. İçinə, kek xəmirinə bənzəyənə kimi su əlavə edin. Qarışımı saçınıza çəkin. 1-2 saat gözləyin. Daha əvvəlki üsulla yuyun və şanpunlayın. Əgər saçınıza sarı rəng vermək istəyirsinizsə xına yerinə çobanyastığı, tünd rəng istəyirsinizsə, ada çayı və ya qərənfil tərcih edə bilərsiniz.

Saç üçün yumurta maskası edərkən pis iyi yox etmək üçün təzə yumurta tərcih edin. Maskanı ilıq ya da soyuq su ilə yuyun. Əgər isti su ilə yusanız yumurta saçınızda bişəcək.

Saç üçün yumurta maskalarının bir digər alternativi yumurtanı qida olaraq istifadə etməkdir. Protein saçın əsası olduğundan gündə iki porsiya protein almaq saçların güclü olmasına töməklik edir.

10 mart 2017
GO BACK