Quru, tökülən saçlara sahibsənizsə, hər evdə olan məhsullar ilə tətbiq edə biləcəyimiz təbii müalicələri edə bilərsiniz. Quru və tökülən saçlara yaxşı gələn təbii məhsullar...
Hind qozu südü
Tökülən saçlar üçün hind qozu südü ən təsirli müalicə yoludur. Hind qozu südü, saç inkişafını təmin edən bəsləyici elementlər baxımından olduqca zəngindir. Kalium, dəmir və yağ turşuları daxildir. Saç diblərini nəmləndirdiyi kimi isti və çirklənmədən qoruyaraq nəmləndirir.
Hind qozu südündəki yağ turşuları isə, saç tellərindəki qırılmaların qarşısını alır və saçı gücləndirir.
Yumurta maskası
Yumurta maskası, tökülən saçlar üçün tətbiq edilən ən məhşur müalicələrdəndir. Bunun səbəbi, yumurta ağının bərpa edici və bəsləyici xüsusiyətə sahib olmasıdır. Yumurta ağınin tərkibində yod, selenium, fosfor, dəmir, kükürd və sink var. Tökülən saşlar yerinə yenilərinin çıxmasını təmin edər və daha parlaq,yumşaq, sağlam saçlara sahib olmağa köməklik göstərər.
Soğan suyu
Soğan suyunun tərkibində yüklü miqdarda kükürd var. Saç diblərindəki qan dövranını tezləşdirir. Yavaş qan dövranına sahib saç dərisi, ölü dəri hüceyrələrinə sahib oldğu üçün saç tökülməsini tezləşdirər. Buna görə də saç və saç dərisinə soğan suyu tətbiq etmək saç tökülməsinin qarşısını alacaqdır. Həm də kükürd saçı gücləndirib yeniləyəcəkdir.
Soğan suyu, antibakterial xüsusiyətə sahibdir. Saç tökülməsinə səbəb olan baş dərisində bakteria və mikrobları yox edir. Həftədə bir dəfə, bir neçə dəqiqə tətbiq edəcəyiniz soğan suyu ilə saçlarınızda gözlə görünən dəyişiklik olacaq. Soğan iyi qalmasın deyə şampunla yaxalayın.
Kartof suyu
Saçların quru, incə və tez qırılandırsa, kartof suyu əla bir müalicə metodudur. Qeyri-kafi bəsləyici məzmuna sahib saç telləri tökülməyə başlayır. Kartof B6, A və C vitaminləri ilə zəngindir. Həmdə tərkibində fosfor, maqnezium, kalsium var. Təzə kartof suyunu saç diblərinə tətbiq edərək saçın qurumasının və keçəlliyin qarşısını ala bilərsiniz.
Limon suyu
Limon suyu, pH dəyəri sayəsində dəridəki ölü hüceyrələri və yağlanmanın qarşısını almaqda olduqca təsirlidir. Zəngin vitaminlə saç inkişafını dəstəkləyən limon suyu, kəpəklənmənin də qarşısını alar.