Saç dəriniz quruyur və qaşınırsa, başınızı alma sirkəsi ilə yuyun. Alma sirkəsi qaşıntının kəsilməsinə köməkçi olacaq həmçinin quruluğu da aradan qaldıracaq.
Parlaq saçlar üçün maska
1 yumurtanın sarısı ilə 2 xörək qaşığı zeytunyağını qarışdırın. Saç diblərinə sürtüb masaj edin və 10 dəqiqə gözləyin. Şampunla yuyub durulayın. Saçlarınızın parlaq və sağlam bir görünüş qazandığını görəcəksiniz.
Bəsləyici maska
1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürtüb masaj edərək yaxşıca yedirin. 10-15 dəqiqə gözləyib şampunla yuyun.
Alma maskası
1 ədəd almanı sürtgəcdən keçirin, üzərinə 2 xörək qaşığı alma sirkəsi və 2 xörək qaşığı limon suyu əlavə edin. Maskanı saçlarınızda 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Kəpəkli saçlar üçün maska
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edib isidin. Saçlarınızı yuduqdan sonra, bu qarışımla yaxalayın.
Quru saçlar üçün maska
Maska 1:
Balla südü qarışdırıb saç dərisinə masaj edin və 15 dəqiqə saxlayın. Yumşaq bir şampunla yuyun.
Maska 2:
1 yumurta sarısı
1 çay qaşığı gənəgərçək yağı
1 çay qaşığı bal
Alınmış kütləni saçınızın dibinə yaxşıca çəkin və xüsusi papaq geyinin. Sonra papağın üzərini isti dəsmalla bürüyün. 30-60 dəqiqə saxladıqdan sonra saçınızı ilıq su ilə yuyun.
Kəpəkdən xilas olmaq üçün maska
250 qram 70%-li spirt götürün, içinə 3 çay qaşığı baş soğan qabığını tökün və 6 ədəd mixək əlavə Рµdin. Tərkibi ağzı möhkəm bağlanmış şüşə və ya saxsı qabda 2-3 həftə saxlamaq lazımdır. Sonra dəmi süzün və hər dəfə başınızı yuyanda, həmin tərkibi suya əlavə Рµdin.
Yağlı saçlar üçün maska
Yarım su stəkanı su
Yarım su stəkanı alma sirkəsi
Hazırlanması:
Yarım su stəkanı su və alma sirkəsini qarışdıraraq bütün saçınıza dibdən uca qədər tətbiq edin. Yarım saat gözlətdikdən sonra ilıq su ilə 1 dəfə şampunlayaraq yuyun.
Tökülən saçlar üçün maska​​
Maska 1: Zeytun yağı, bal və darçını qarışdıraraq bir məcun hazırlayın. Bunu saç dərisinə masaj edərək yedirin və 15 dəqiqə saxlayın. Yumşaq bir şampunla yuyun. Həftədə 3-4 dəfə təkrarlayın.
Maska 2: Gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün. Bu saçlarınızın daha çox tökülməsinin qarşısını alır.
Elektriklənən saçlar üçün maska
Bir xörək qaşığı balı bir litr suyla qarışdırıb, bunu şampundan sonra durulama suyunda istifadə edin. Saçınızı hər yuduğunuzda istifadə edin.