Qadin.NET / Saç rəngini açmağın təbii üsulları

Saç rəngini açmağın təbii üsulları

 

Saç rəngini açmağın təbii üsulları

 

Özünü başdan yaratmaq istəyən hər bir xanım ilk olaraq saçlarına əl atır. Saçlarınızın rəngini kimyəvi maddələrlə dəyişdirib canlılıq və parlaqlığını korlamaqdansa təbii yollardan istifadə edə bilərsiniz.

 

Saç rəngini açmağın təbii üsulları

 

Saç rəngini açmağın təbii yolları:

Çobanyastığı xüsusilə solğun sarı saçlar üçün təsirlidir. Saç uclarını həftədə 1 dəfə çobanyastığı çayı ilə yumaq saçlarınıza parlaqlıq verəcək. 1-2 fincan çobanyastığı çiçəyini 6 stəkan suya əlavə edib yarım saat dəmləyin. Dəmləmdikdən sonra azca nəmləndirdiyiniz saçlarınıza tökün. Yarım saat saxladıqdan sonra bol suyla yuya bilərsiniz. 

 

Saç rəngini açmağın təbii üsulları

 

Balın tərkibindəki hidrogen peroksid saçın rəngini təbii yolla açmağa kömək edər. 

1-2 fincan saç kreminin içərisinə 3, ya 4 fincan bal əlavə edin. Nəmli saça bu qarışımı sürtüb plastik saç əşyasıyla bağlayın və 8 saat saxladıqdan sonra yuyun.

 

 

Limon da saç rəngini açır və daha parlaq, canlı saçlara sahib olmanıza kömək edər. Yaxşı nəticə əldə etmək üçün yenicə sıxılmış limon suyundan istifadə edin. Limon suyu və suyu qarışdırın. Sprey şüşəsinə töküb saçınıza sıxın. Bunu ən çox günəşli havalarda edin, çünki limonun öz təsirini göstərməsi üçün istilik vacibdir. Bundan sonra saça qulluq etməyi də unutmayın.



 

15 noyabr 2016
GO BACK