Qadin.NET / Gözəl saçların pəhrizi

Gözəl saçların pəhrizi

 

Gözəl saçlara sahib olmaq üçün onları nəinki xaricdən ,həmçinin daxildən də qidalandırmaq lazımdır.Rasionunuzda müntəzəm olaraq aşağıdakı məhsullar olmalıdır - balıq,toyuq əti,yağsız ət,toyuq və ya bildirçin yumurtaları,qoz ,paxlalı bitkilər və s.Bütün bu qidaların tərkibində saçların böyüməsini təmin edən zülal vardır.Saçlar üçün süd məhsulları ,bitki yağları,təzə meyvə və tərəvəzlər də çox xeyirli hesab edilir. Əgər gözəl və sağlam saçlarınızın olmasını istəyirsinizsə ,rasionununzda qızardılmış,yağlı,duzlu və kəskin qidaları,konservləri məhdudlaşdırmaq lazımdır.


 

 

Gözəl saçlar üçün səhər yeməyi

 

6x.q yulaf yarmasının (herkules) üzərinə 1qədər qaynadılmış soyuq su töküb,üzərinə 1 qaşıq bal və 1 neçə xırdalanmış qoz əlavə edin və səhərə saxlayın.Səhər bunun üzərinə bir neçə qaşıq qaymaq ,bir qədər xırda-xırda doğranılmış ərik qurusu və ya kişmiş də əlavə edin.Yay aylarında bu qidaya istənilən meyvə və giləmeyvələri əlavə etmək olar.


 

 

Saçların ¼ sudan ibarətdir ki ,bu da onun elastikliyini təmin edir.Buna görə də orqanizm kifayət qədər su da alınmalıdır.Gün ərzində 8-10 stəkan maye (çay,ot dəmləmələri,meyvə şirələri,suplar və s.) qəbul etmək lazımdır.

26 iyun 2011
GO BACK