Qadin.NET / Asan hazırlanan saç maskası

Asan hazırlanan saç maskası

Qadınların ən əhəmiyyətli aksesuarlarından biri də saçlarıdır. Bəs saçların baxımı üçün evdə necə maska hazırlamaq olar?

Bir qadının ən əhəmiyyətli aksesuarlarından biri də saçlarıdır. Gözəl görünən, parlaq və həcmli saçlar bütün qadınların xəyalıdır. Bunun üçün saçlara nizamlı olaraq baxım etmək lazımdır. Saç baxımı üçün ustalar, ya da bahalı saç baxım məhsullarının yanında evdə edilə bilinəcək təbii saç maskalarıyla də sağlam saçlara sahib ola bilərsiniz.

Asan hazırlanan saç maskası

Yumurta maskası

1 yumurta (uzun saçlar üçün 2 yumurta)

1 su stəkanı süd

2 yemək qaşığı zeytun yağı

1 ədəd limon

Hazırlanması:

Əvvəlcə yumurtanın sarısı və ağı ayrılır. Saç tipi quru isə yumurtanın sarısı, yağlı isə ağı istifadə edilir. Ardından süd və zeytun yağı da əlavə olunaraq çırpılır. Son olaraq limon da sıxılaraq qarışığa əlavə olunur. Qarışıq saç köklərindən başlanaraq uclara doğru çəkilirvə 10-15 dəqiqə saxlanılır. Daha sonra saçı ilıq suyla yuyaraq yaxşıca durulandığından əmin olmaq lazımdır.

Yumurta çox faydalı bir qidadır. Saç köklərini qidalandırır, parlaqlıq verir, saçların tökülməsinin və qırılmasını mane olur. Bundan əlavə maskaya qatılan limon suyu da saç dərisini rahatlaşdıran  bir təsirə malikdir.

Asan hazırlanan saç maskası

Qatıq maskası

Yarım su stəkanı qatıq

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı bal

Hazırlanması:

Bütün ərzaqlar  bir qabın içərisində yaxşıca qarışdırılaraq saç diblərindən uclara doğru çəkilir. Maska saçda 15-20 dəqiqə saxlanılaraq isti su ilə durulanır.

Qatıq güclü bir antioksidandır. Tərkibindəki vitaminlər, zülal və kalsium sayəsində olduqca qidalandırıcıdır. Saç dərisindəki yağı və nəmi tarazılayır. Maska üçün təbii qatıq istifadə edilməlidir.

Asan hazırlanan saç maskası

Banan maskası

2 ədəd banan

1 çay qaşığı hindistan qozu yağı

1 yemək qaşığı bal

1 yemək qaşığı zeytun yağı

Hazırlanması:

Bananlar yaxşıca əzilərək püre halına gətirilir və digər bütün ərzaqlarda  əlavə olunaraq qarışdırılır. Yaxşıca qarışdırılan maska masaj edilərək bütün saça çəkilir və 5 dəqiqə saxlanılır.Sonra  ilıq suyla durulanılır.

Banan  qida dəyərləri baxımından olduqca zəngin bir meyvədir. Bu görə saçlar üçün də çox faydalıdır. Tərkibində təbii yağlar saxlayan banan, saçların qırılmasını və tökülməsinin qarşısını alır. Saçları nəmləndirərək sağlam görünməsini təmin edir.

Bu maskalarla bərabər  müxtəlif yağlarla da saçları qidalandırmaq lazımdır . Baxımları gecikdirmədən təkrarlanan halına gətirmək və sağlam qidalanmaq olduqca əhəmiyyətlidir. Bundan əlavə  saçlar tez-tez yuyulmamalı və fendən az istifadə edilərək  təbii qurudulmalıdır.

17 may 2016
GO BACK