Saç tökülməsinin qarşısını alıb, sağlam və parlaq saçlara sahib olmaq istəyirsinizsə, edəcəkləriniz çox sadədir.
1) Yeməyinizə diqqət edin
Daha çox zülal, dəmir və B12 vitaminlərindən istifadə saçlarınıza böyük təsir edəcək. Ət, balıq, yaşıl tərəvəzlər saç tökülməsini azaldır.
2)Saç masajı edin
Seçdiyiniz bir saç yağı ilə baş dərinizə masaj edin. Daha sonra yağın daha yaxşı hopması üçün isti bir dəsmalla saçınızı bağlayın. Ən az bir neçə saat gözləyin.
3) Bal sürtün
Saçınızı şampunla yuduqdan sonra bir az bal sürtün və saçınızda saxlayın. Duruladıqdan sonra saçlarınızdakı yumşaqlığı və parlaqlığı görəcəksiniz.
Möhkəm toplamağı tələb edən saç modellərini davamlı tətbiq etmək tökülməyə səbəb olur.
5) Yaxşı bir daraq istifadə edin
Saçlarınızı necə daramağınız əhəmiyyətlidir. Yaxşı bir daraq seçərək saçları uclardan başlayaraq daramaq yaxşı olacaq.
Biotin suda həll olan bir vitamindir. Saç tökülməsinin qarşısını alır. Taxıllarda, yumurtanın ağında və qozun tərkibi bu vitaminlə zəngindir.
Saçlarınızı yumaq baş dərinizi təmiz saxladığı üçün düşə biləcək infeksiyaların qarşısını alır və saç tökülməsini azaldır.