Saç soyuqdəyməsi saçlı dəridə həssaslıq, saç köklərinin iynə kimi batması, yanma, qaşıntı kimi əlamətlər göstərən, əsasən qadınlarda olan saç tökülməsi ilə birlikdə olan saçlı dəri xəstəliyidir.
Qadınların saç soyuqdəyməsindən təsirlənmə nisbəti, kişilərə görə 3 qat daha çox olaraq bilinir. Ən diqqətə çarpan xüsusiyyətlərindən biri saçlı dəriyə toxunulduğu zaman insanın ağrı hiss etməsidir.
Xalq arasında daha çox saç soyuqdəyməsi olaraq adlandırılan, saç dərisində qaşınma, yanma və iynə ucu kimi ağrıya səbəb olan bu narahatlığın başlıca səbəblərindən biri saçın çox möhkəm bağlanmasıdır.
Saçların yuxarıdan, ya da aşağıdan möhkəmcə bağlanması, həm saç köklərinin, həm də saç dərisinin hava almasını maneə törədib bu qisimlərin tarazlığını pozacağı kimi möhkəmcə bağlanma olduğu üçün dərinin çəkilməsi və saç köklərinin qırılmasınada yol aça bilir.
Saç soyuqdəyməsinin bir digər səbəbi də xüsusilə uzun saçlı qadınlarda saçların yuyunduqdan sonra tam qurulanmamasıdır.
Necə ki, bir insan yağışlı havada islanar və qurulanmazsa, soyuqdəymə olursa, saç dərisi də eyni şəkildə soyuqdəymə ola bilər.
Soyuq hava, ya da küləkdən zərər görən saç kökləri, gücünü itirib qaşınma və tökülmə problemi yarada bilərlər.
Hər gün saça fen çəkilməsi, ya da bol jele ilə şəkil verilməsi də saç soyuqdəyməsi narahatlığına səbəb olan faktorlardandır.
Fen ilə verilən isti hava belə saç köklərini və dərini olduqca narahat edir, təbii tarazlığının pozulmasına səbəb olur.
Saç köklərinə və dərisinə yaxın sürülən jele, ya da bənzər kosmetik məhsullar də saç dərisinin davamlı soyuq olmasını və buna əsasən saç köklərinin üşüyüb zərər görməsinə səbəb olacaqdır.
Xəstəliyin əlamətləri
Saç soyuqdəyməsi qıl köklərində və saç dərisində yanma və ağrı hissi verməsidir. Hiss edildiyi halda tədbirləri alınmadığı təqdirdə irəlidə saç diblərində yaraya və şiddətli saç tökülməsinə səbəb ola bilməkdədir.
Bu narahatlığın qarşısını almaq və müalicəsini edə bilmək üçün əvvəlcə səbəb olan faktorları müəyyən etmək və aradan qaldırmaq lazımdır.
Səbəblərin aradan qaldırıldığında belə problem davam edirsə, dərhal həkimlə məsləhətləşməkdə fayda vardır.
Saç soyuqdəyməsi xəstəliyinə tutulmamaq üçün qətiliklə saç baxımına maksimum diqqət göstərilməsi lazımdır. Saçlarınızı yuduqdan sonra saçlar dəsmalla qurudulmalı və 2-3 saat qədər çölə çıxılmamalıdır.
Əgər çölə çıxılması lazımdırsa, əvvəl dəsmal ilə sonra da uzaqdan fen ilə yaxşıca qurudulması lazımdır.