Qadin.NET / Saça düzgün qulluq etmək

Saça düzgün qulluq etmək

Bir çoxumuz gözəl və sağlam saçlara sahib olmaq üçün əlimizdən gələni edirik. Bunun üçün ən yaxşı yol mövzu haqqında mümkün qədər çox məlumat əldə etməkdir. Buyurun, sizin üçün bəzi əhəmiyyətli məlumatlar.

Saça düzgün qulluq etmək

Əvvəlcə saçları yuyarkən zərər verməkdən çəkinin. Necə?

Saçınıza şampun vurmazdan əvvəl saçınızın tamamilə yaş olduğuna əmin olun. Şampunu birbaşa saçınıza tökmək yerinə əvvəl əlinizə alın sonra saçınıza vurun. Saçınızi köpürtmə/ovalama işinin 30 saniyədən uzun çəkməməsinə diqqət edin. Bu addımları izlədiyinizdə saçlarınızdakı əlavə qırılmaların qarşısını almış olacaqsınız.

Saç yuyarkən diqqət ediləcək digər bir mövzu da doğru saç baxımı üçün saçlarınızı şampunladıqdan sonra yaxşıca duruladığınızdan əmin olmaqdır. Əgər yaxşı durulamasanız, saçınızdakı şampun və saç kremi qalıqları saçlarınızın donuq görünməsinə səbəb olacaq. Saçlarınızı yaxşı duruladığınızda mat yerinə parlaq saçlara sahib olarsınız.

Və yaş saçlarınızı fırça ilə daramayın. Bunun yerinə geniş dişli daraqlardan istifadə edin. Saç fırçaları saçlarınızın qırılmasına və qoparaq tökülməsinə səbəb olur. Nəm saçlarınızı əvvəlcə astadan qurulayın, sonra geniş dişli daraq koməyi ilə yenə astadan darayın. Mümkün olduqca istilik verən alətlərlə qurutmaq yerinə öz-özünə qurumasını təmin edin.

Saça düzgün qulluq etmək

İkinci -olaraq plastik daraq və fırçadan çəkinin.

Plastik daraqlar saçınızda əlavə elektrik yığılmasına səbəb olur. Bu da saçlarınızın donuq, cansız görünməsinə və elektriklənməsinə görə uçmasına səbəb olur.

Üçüncü- saçınızı formaya salarkən zərər verməmək.

Məsələn, at quyruğu, xüsusilə hazırlanmaq üçün çox vaxt istifadə etdiyimiz saç stilidir. Ancaq saçları davamlı olaraq eyni formada möhkəm yığmaq saç tökülməsinə və saçların zərər görməsinə gətirib çıxarır. Buna görə də saçlarınıza forma vermə üsullarında tez-tez dəyişiklik edin.

Saça düzgün qulluq etmək

Buruq ya da dalğalı saçlar üçün.

Yüksək istilikdə saç quruducu və düzləşdirici alətləriindən tez-tez istifadə etməməyə diqqət edin. Buruq ya da dalğalı saçları olanlar: saçlarınızı dümdüz istəyərkən təəssuf ki, böyük nisbətdə zərər verə bilirsəniz. Demek olar ki, 200 dərəcəlik temperaturda çatan ütülər təbii saçlarınızı qalıcı olaraq düzləşmə vədi ilə tətbiq olunur, amma saçlarınızı təbii halında buraxdığınızda saçlarınızı homogen olmamasına (saçlarınızın bir qisminin düz bir qisminin daha dalğalı olmasına) səbəb olacaq. Bu vəziyyətdə məcbur davamlı olaraq düzləşdiricidən istifadə edəcəksiniz. Təbii saçlarınızı sevməyi öyrənin, onlar da sizi mükafatlandıracaq!

Saçlarınızı həqiqətən yuyulmağa ehtiyac duyduğunda yuyun. Hər kəsin saç quruluşu fərqlidir. Ancaq hər gün yumaq yerinə uzağı iki gündən bir yuya bilərsiniz.

İlk təəssürat üçün  ipək gur saçlara sahib olmanın yerini heçnə tuta bilməz. Ən yaxşı görünüşə sahib olmağınız üçün saç baxım metodlarını öyrənməyiniz və tətbiqiniz lazımdır.

29 may 2015
GO BACK