Qadin.NET / Saç kəpəyinin yaranma səbəbi (2)

Saç kəpəyinin yaranma səbəbi (2)

5- Həddindən artıq stresə məruz qalmaq

Bəlkə çox bilinən səbəb deyil, amma son edilən araşdırmalar da həddindən artıq stresə məruz qalanların və bu stresi yox etmənin yollarını tapa bilməyən kəslərdə müxtəlif saç problemlərinə rast gəlindi və saçların kəpəklənməsi problemi də bunlardan biridir. Zehni yorğunluq, stresə məruz qalmaq və sıx iş rejiminin olması saç diblərində həddindən artıq nisbətdə hüceyrə ölümlərinə səbəb olur və bunlar da kəpək olaraq saçlarımızda meydana çıxır. Bəli, müxtəlif saç baxım kremləriylə və şampunlarla saçlarımızdakı kəpəkləri təmizləyə bilərik, lakin bu qısa bir müddətlik işimizə yarayacaq. Uzun müddətli bir həll istəyiriksə, özümüzə zaman ayırmalı və arada bir dayanıb istirahət etməliyik. Zehni yorğunluq, stresə məruz qalmaq və gərgin iş rejimi yalnız saç problemlərinə gətirib çıxarmaz, irəliyən zamanlarda daha böyük problemlərə səbəb olar! 

Saç kəpəyinin yaranma səbəbi (2)

6- Nizamsız və tez-tez saç yumaq

Hər duş qəbul etdiyinizdə saçlarınızı da yumaq məcburiyyətində deyilsiniz, hətta yumamağınız daha faydalı olar. Həftədə dörd dəfə yumağınız saçlarınızın təmizliyi üçün kafi olacaq, bu ədədi yeddiyə çıxarmağa ehtiyac yoxdur. Əgər hər gün saçlarınızı yusanız saçlarınızı təbii halda qidalandıran mineralları da yuyaraq onların "ölməsinə" səbəb olarsınız. Bundan əlavə saçlarını hər yuduğunuzda əslində onları qurutmuş və köhnəltmiş olursunuz. Bu növ səhvlərdən qaçınmaq saçlarınızı daha təmiz bir görünüşə qovuşduracaq və saç problemlərindən xilas olmağınızda köməkçi olacaq. 

Saç kəpəyinin yaranma səbəbi (2)

7- Mənfi hava şərtləri

Bu maddə problemin hər zaman sizdən qaynaqlanmadığını göstərir. Yaşadığımız mühitdən və ətrafdan əslində fərqində olmadığımız qədər çox təsirlənirik. Saçlarımızdakı kəpəyin əsas səbəblərindən biri də heç şübhəsiz ki, mənfi hava şəraiti və udduğumuz çirkli havadır. Havanın çox isti, ya da çox soyuq olması birbaşa olaraq saçlarımıza mənfi təsir edir. Beləliklə, saçlarımızda müxtəlif xəstəliklər əmələ gəlir və nəticə olaraq sağlam olmayan və kəpəkli saçlara sahib oluruq. Problemi hər vaxt özündə axtarma! 

Saç kəpəyinin yaranma səbəbi (2)

8- Bəzi şampunlar, saç şəkilləndirici və bəzi süni baxım kremləri

Hər zaman istifadə etdiyiniz şampununuzu, baxım kremlərini ya da saç şəkilləndirici məhsullarınızı dəyişdirdiyinizdə saçlarınızın kəpəkləndiyini fərq etmisiniz. Hətta bu vəziyyətə, bəlkə də, çox əsəbiləşmisiniz. Tövsiyəm budur ki, müəyyən bir marka məhsulu ilə ya da məhsul dəstinə öyrəşdikdən sonra bu məhsulları ani olaraq dəyişdirməyin! Bəzi saç növləri üçün bu alışma dövrü çox uzun çəkə bilir.

Bəli, saçlarınızla əlaqədar problemlərinizi kökündən həll etmək lazımdır. Bu yazı heç olmazsa əhəmiyyətli bir problemi həll etməyiniz üçün sizə köməklik edəcək. Artıq saç kəpəklənməsinin əsas səbəblərini bilir və buna görə necə davranacağınıza əmin olmalısınız. Unutmayın ki, əsas səbəbləri bilmək saç kəpəklənməsini həll etmək müddətindəki ilk pilləni meydana gətirir. Yuxarıdakı maddələri diqqətli oxuyun və hamısını tək-tək tətbiq edin. Saçlarınızdakı kəpəklərin qısa müddətdə təmizləndiyini görəcəksiniz!

26 may 2015
GO BACK