Saç kəpəklənməsinin əsas səbəbləri və həll yolları
Saçlarda kəpəyin yaranmasının səbəbləri nələrdi? Hər zaman bir problemi həll etmək istəyirsənsə əvvəlcə problemin köklərinə enməli və o problemi meydana gətirən əsas səbəbləri tapmaq lazımdır. Sizcə də ən məntiqlisi bu deyilmi? Çünki problemi meydana gətirən əsas səbəbləri tapdığımızda o səbəbləri tək-tək həll etmək daha asan olacaq. O zaman ilk işimiz kəpəyi meydana gətirən əsas səbəblərin üzərinə düşünmək və bunların hər biri üçün tək-tək həll üsulları axtarmaq olmalıdır. Bir çox ticarətçilər kəpəyin bir dəri problemi olduğunu və bu problemi həll etmək üçün özlərinin hazırladıqları bahalı şampunlardan və saç baxım kremlərindən almağımızın vacib lazım olduğunu söyləyirlər. Bu həqiqətən doğrudur, saçlarımızdakı kəpəyin mənşəyi dəri problemləridir. Ancaq yazının digər qisimlərində kəpəyi meydana gətirən səbəbləri detallı bir şəkildə araşdırmaq fürsətiniz olacaq, o halda oxumağa davam edin:
1- Dəriniz yağlıdı yoxsa quru?
Bəzi dəri tiplərində kəpəyin daha qısa müddətdə təmizləndiyi və bu problemin kökdən yox edildiyi müşahidə edilmişdir. Məsələn dəriniz gün içində çox çirklənmir və yağlanılmırsa, saçlarınızın kəpəklənmə ehtimalı da olduqca azdır. Əgər dəriniz həm yağlı, həm də qurudursa və kəpək varsa, nizamlı yumaqla kəpəkdən qurtula bilərsiniz. Saçlarınız quru və tez qırılırsa və kəpək problemi varsa, bu zaman xüsusi kəpək şampunları ilə yumalısınız. Saçları hər gün yumaq olmaz. Heç olmazsa bir gun fasilə ilə yumaq lazımdır ki, saçlar özünü qidalandıra bilsin. Əgər bu metod da işə yaramazsa, demək dərinizdə daha böyük bir problem vardır və mütləq dermatoloqa müraciət etməlisiz.
2-Saçların uzun müddət istiliyə məruz qalması
Çox isti mühitlər, müxtəlif saç şəkilləndirici alətləri istifadə etmək və təbii ki, yaz aylarındakı günəş şüaları. Bütün bunlar saçlarımıza çox çox pis təsir göstərir. Saçlarınızı qurutmağınıza köməkçi olan saç qurutma maşınları əslində saçlarımıza həddindən artıq istilik verir və bu istilik saçlarımıza təsir edir. Belə oluqda da saçlarımız sürətlə minerallarını itirir və quruyur. Sağlam olmayan bir dəri, saç kökləri və təbii ki, nifrət etdiyimiz kəpək problemi ilə qarşılaşırıq! Saçlarınızı tez qurutmağa ehtiyacınızın olmamasına diqqət edin və özbaşına quruması üçün saçlarınıza imkan verin. Saçlarınızı hər gün saç düzləşdirici ya da saç maşalarıyla şəkilləndirməyinə ehtiyac yoxdur, bu cür alətləri həftədə bir ya da iki dəfə istifadə etməniz kifayətdir. Kəpəksiz saçlara sahib olmaq istəyirsinizsə, bu cür alətlərdən uzaq durmaq lazımdır.
3- İstifadə etdiyiniz şampunlar
Saçlarınızı tez-tez yumaq saç kökləri üçün olduqca zərərlidir. Saç dərilərinin qaşınmasına və saç köklərinin lazımlı minerallarla qidalanmamasına səbəb olur! Ticarət reklamlarda şampunu ya da saç baxım kremlərini saçlarınıza masaj edərək tətbiq etməyi məsləhət bilirlər. Bu tamamilə doğru bir hərəkətdir. Şampunlarımızı saçlarımıza yavaşca saç köklərimizin lazımlı mineralları və qidaları qidalanması üçün onlara zaman tanıyaraq və saç dərimizin təmizləndiyinə əmin olaraq tətbiq etməliyik.
4- Tez-tez pəhriz saxlayırsınız?
Hələ saçlarımızda yaranan kəpəklərin səbəblərini axtarışa davam edirik və tək-tək bu səbəbləri yox edirik! Bir başqası, bəlkə də, heç ağılınıza gəlməyən bir səbəb. Düzgün qidalanmamaq bir çox xəstəliyin xəbərçisidir və kəpəkli saçlar üçün etibarlı bir səbəbdir. Bir diyetoloq tərəfindən yaradılmış proqramın tətbiqində heç bir qorxu yoxdur. Əgər öz başına ya da ətrafınızdakı insanlardan eşidərək qidalanma proqramı meydana gətirdinizsə bu ümumiyyətlə düzgün qidalanma siyahısı olmur və bu da saçlara və müxtəlif saç problemlərinə gətirib çıxarır. Son edilən araşdırmalar göstərdi ki sağlam saçlara sahib olmaq istəyiriksə, yediyimiz məhsullarda başda B vitamini olmaqla müxtəlif mineralların və vitaminlərin olması şərtdir! Bunlara diqqət edərək qidalansanız bu cür mineralları və vitaminləri qida möhkəmlətməsi şəklində ala bilərsiniz!