Ağaran saçların tibbi çarəsinin olmadığını bilirik. Lakin bitki mənşəli resepləri də sınamaqda zərər görmürəm. Bitki mütəxəssisləri ağaran saçlara əvvəlki rəngini qazandıracaq bitki mənşəli qarışımları bizlərə təklif edirlər. Bizlər də həmin qarışımları sizlərlə paylaşmaq istədik.
Bu qarışımların tətbiqi çox faydalıdır, lakin insandan insana təsir dərəcəsi də dəyişir. Sınamaqdan zərər gəlməz deyilmi?
Lazım olan vəsaitlər:
200 qr kətan toxumu
4 ədəd ortaboy limon
3 kiçik diş sarımsaq
1 kq bal
Hazırlanması:
Limonlardan iki dənəsini soyun və sarımsaqla birlikdə blenderdə qarışdırın. Bunlar biraz qarışdıqdan sonra kətan toxumlarını və balı da əlavə edin və blenderi yenidən işə salın. Qarışdırma əməliyyatı bitincə qarışımı şüşə bir qaba qoyun və qapağını möhkəmcə bağlayın. Qarışımı mütləq soyuducunda saxlayın, əsla otaq istiliyində qalmasın.
İstifadəsi:
Hazırladığınız qarışımdan yeməklərdən yarım saat əvvəl 1 yemək qaşığı yeyin. Yeyəndə də, hazırlayanda da taxta qaşıq istifadə etməyiniz mütləqdir. Yəni gündə üç dəfə bir taxta qaşığı qəbul etməlisiniz. Qarışım bitdikdə yenisini hazırlaya bilərsiniz.
Evdə hazırlana bilən saç maskaları
Zeytun yağı maskası
Tərkibi:
5 yemək qaşığı zeytun yağı
2 ədəd yumurta
Streç sellofan
Hazırlanması:
Zeytun yağını və yumurtanı çalın və saçınıza sürtün. Saçınıza tətbiq etdikdən sonra streç sellofanla başınızı bağlayın. Ən azı yarım saat onu başınızda saxlayın. Sonra isə mülayim su ilə yuyun.
Bal və zeytun yağı maskası
Tərkibi:
3 yemək qaşığı zeytun yağı
2 yemək qaşığı bal
Streç sellofan
Hazırlanması:
Zeytun yağı ilə balı bir-birinə qarışdırın və qarışığı saçınıza sürtün. Saçınıza bu qarışığı tətbiq etdikdən sonra streç sellofanın köməyi ilə yaxşıca bükün. 15 dəqiqə saçınızı bu şəkildə saxlayın, sonra bol suyla durulayın.
Saçlarınıza parlaq görünüş verən maska
Tərkibi:
1 fincan təzə limon suyu və ya sirkə
Tətbiqi:
Saçlarınızı yaxşıca yuduqdan sonra hazırlamış olduğunuz limon suyu və ya sirkəni saçınıza tökün. Saçınıza tökdükdən sonra masaj edərək saçınıza yaxşıca yedirdin. Daha sonra saçlarınızı yuyun. Saçlarınızın necə təmizlədiyini və necə parlaq bir görünüşə malik olduğunu görəcəksiniz. Bu üsulu iki həftədən bir etməyiniz məsləhətdir.
Kəpəkli tökülən və qırılan saçlar üçün maska
Tərkibi:
Çəmən otu toxumu
Hazırlanması:
Çəmən otu toxumlarını əvvəlcədən əzin və ya blenderdən keçirin və saçınıza sürtməzdən əvvəl gecə suda gözlədin. Daha sonra alınan məcunu masaj edərək saçınıza yaxşıca yedirdin. Məcunu saçınızda 15-20 dəqiqə gözlədin. Çəmən toxumu kəpəyə, saç tökülməsinə və keçəllik probleminə qarşı çox xeyirlidir.
Yumşaq və parlaq saçlar üçün maska
Tərkibi:
Dörddə bir fincan alma sirkəsi
1 yemək qaşığı şəfalı ot
Şəfalı ot qarışığını saçınızın tipinə görə seçməlisiniz.
Ümumi saç baxımı üçün: İstiot (bibəriyə) yarpaqları, gicitkən kökü, gəndalaş çiçəkləri.
Quru saçlar üçün: Çobanyastığı, quru qəfəsotu kökü, gicitkən, gəndəlaş çiçəkləri.
Yağlı saçlar üçün: Limon qabıqları, nanə, limonotu.
Hazırlanması:
Saç tipinizə uyğun otları seçdikdən sonra onları qaynayan suya salın və təxminən 30 dəqiqə gözləyin. Daha sonra alma sirkəsini də qaynayan suya əlavə edin və qarışdırın. Sonra saçlarınızı şampunla yuyun. Qarışığı da saçlarınıza qurtarana kimi sürtün.
Parlaq saçlar üçün xüsusi maska
Tərkibi:
1 ədəd portağal
1 yemək qaşığı bal
Bir neçə damcı səndəl ağacı yağı
Hazırlanması:
Portağalın suyunu sıxın və bal, səndəl ağacı yağı ilə birlikdə qarışdırın. Bu qarışığı şampunla saçınızı yuduqdan sonra durulama əsnasında istifadə edin.
Codlaşmış saçlar üçün xüsusi maska
Tərkibi:
1 ədəd banan
Bir neçə damcı badam yağı
Hazırlanması:
Banan ilə badam yağını yaxşıca qarışdırın. Daha sonra saç dərsinə masaj edərək tətbiq edin. 15 dəqiqə gözlədikdən sonra su ilə birlikdə saçınızı durulayın. Daha sonra şampunla yuyun.
Quru saçlar üçün xüsusi maska
Tərkibi:
1 yemək qaşığı bal
1/2 fincan tam yağlı süd
Hazırlanması:
Bal ilə südü birlikdə yaxşıca qarışdırın və saçınıza masaj edərək yedirdin. 15 dəqiqə keçdikdən sonra şampun ilə saçınızı yuyun.
Qırılan saçlar üçün xüsusi maska
Tərkibi:
Kokos yağı
Limon suyu
Tətbiqi:
Həftədə iki dəfə limon suyuyla qarışdırdığınız kokos yağını saçlarınıza sürtün.
Elektriklənən saçlar üçün maska
Tərkibi:
Bal
Tətbiqi:
Bir yemək qaşığı balı 1 litr su ilə qarışdırın. Bu qarışığı şampunla yuduqdan sonra istifadə edin. Saçınızı hər yuduğunuzda istifadə edə bilərsiniz.