Saçlarınız istədiyiniz formada qalmır? Sərt və dağınıq, ya da qabarıq və sıx dalğalıdırmı? Sərt saçlarınızı yola gətirə bilmək üçün sehrli bir düstur var! Mənim də saçlarım çox buruqdu və bir az nəm olsa belə inanılmaz dərəcədə qıvrılır. İllərlə saç jelesi istifadə etmişəm, amma saçlarım jelenin kimyəvi quruluşuna görə tökülməyə başlamışdı. Buna görə təbii bir həll yolu axtarışına başlamışdım və qarşıma bu möcüzəvi təbii saç jelesinin resepti çıxdı! Evdə olduqca asanlıqıa hazrlaya biləcəyiniz bu jele resepti üçün boş bir krem ​​və ya jele qutusuna və süzmək üçün incə bir tənzifə ehtiyacınız var. Əgər tənzif yoxdursa, incə və köhnə bir kapron corab da işinizi görə bilər. Mən jeleni hazrlayarkən darçının iyini çox sevdiyim üçün bir parça da özümü əyləndirmək üçün darçın esansı istifadə edirəm. Amma siz istəsəniz vanil, gül, lavanda ya da yasəmən esansı kimi fərqli qoxulardan istifadə edə bilərsiniz. Kətan toxumunu da çəkilmiş olaraq toz halında deyil, bütün olaraq istifadə edəcəyik. Bu resept ilə saçlarınız asan formaya düşəcək və saçlarınızın göz qamaşdırıcı olduğunu görəcəksiniz. Əgər jeledən istifadə etsəniz, şərhlərinizi bildirməyi unutmayın.
Evdə hazrlayacağımız saç jelesi üçün lazım olan vasitələr.
2 çay fincanı su
4 yemək qaşığı kətan toxumu
Darçın esansı
Jelenin hazrlanma qaydası.
Bir tavada su və kətan toxumunu qarışdırıb orta odda taxta bir qaşıqla qarışdıraraq bişirin. Qarışıq qatılaşanda odun üstündən götürün.
Taxta qaşıqla jele soyuyuna qədər qarışdırın. Qarışığı tənzifə töküb süzün. Süzülən jeleni krem qutusuna boşaldın. Üzərinə bir neçə damla ətir damladın. Qapağını möhkəmcə bağlayın və soyuducuda saxlayın.