Yığıncaq toppuzu dəbdəbəli və azca şişirdilmiş bir saç modelidir. Bu səbəbdən xüsusi yığıncaqlar və əyləncəli yerlərdə istifadə edə bilərsiniz. Hazrlanması olduqca mürəkkəb və çətin kimi görünməsinə baxmayaraq əslində olduqca sadə bir formada hazırlanır. Yığıncağın ulduzu olmaq və zadəganlığı təmsil etmək istəsəniz, bu model sizin üçün ideal olacaqdır. Rezin və tel broşları, saç spreyi və krep darağının köməyiylə bu göz alıcı toppuzu yığa bilərsiniz. Əgər saçınız buruq ya da dalğalıdırsa, mütləq düzləşdirməlisiniz. Güpürlü və şifon paltarlarla, daşlı və işləməli köynəklərlə kombinlənəcək bu modelə işıltılı və parlaq bir makiyaj yaraşacaq.
1. Saçlarınızı yuxarıdakı kimi bir at quyruğu yığın və rezinlə möhkəmcə bağlayın. Saçınızın üst qismini daraqla yaxşıca düzəldərək hamar bir hala gətirin və yuxarısıyla at quyruğu hissəsini saç spreyi ilə bərkidin.
2. Daha sonra at quyruğunuzu şəkildəki kimi rezinin içindən yarım keçirin. Yuxarıdakı ayrılmış saçı yelpik kimi yaxşıca açın və yuxarıya doğru çəkin. Tel broşları ilə yığın.