Sadə və sərbəst geyim tərzinə sahibsinizsə, bu saç modeli sizə uyğundur. Səliqəsiz və dağınıq görünsə də, cəlbedici və zövqlü görüntü bəxş edən saç modelidir. Həm göz oxşayan, həm də sadə görünüşə sahib olmaq üçün bu saç modelinin yığılma formasını sizinlə bölüşürəm. Bu gözəl görünüşü əldə etmək üçün bir neçə vəsaitə ehtiyac var. Krep darağı, saç broşu, rezin broşlar, maşa və saç spreyi kafi olacaq. Yumşaq bir saç spreyi istifadə etsəniz, saçlarınız daha rahat formaya düşəcək. Öz başınızda da tətbiq edə biləcəyiniz bu saç modelini enli balaq şalvar, cins və rəngli mayka, naxışlı və çiçəkli uzun paltarlarla, eyni zamanda rəngarəng bilərziklərlə kombin edə bilirsiniz. Əlbəttə, platforma ayaqqabıları da unutmayın. Mat, çəhrayı tonlarında bir makiyaj və dodaq parıldayıcısıyla bahara hazırsınız!
1. Saçlarınızı krep darağı köməyi ilə arxa qisimini qabardın. Saçlarınızı iri hissələr halında maşalayın ya da istəsəniz, iri biqudilərlə də yığa bilərsiniz. Daha sonra saç spreyi sıxaraq saçlarınızın yığılışını qoruyun.
2. Saçınızın yan tərəfindən qulağa doğru uzanan xətt boyunca böyük bir hissə götürüb başınızın arxasına doğru hörməyə başlayın və saç tutamının sonuna qədər hörün. Eyni əməliyyatı saçınızın digər tərəfi üçün də tətbiq edin.
3. Saç hörüklərinizi başınızın arxa və orta qisimində birləşdirin. Hörükləri rezin köməyiylə bağlayıb uclarını iç-içə keçirin. Aypara forma verdiyiniz hörükləri saç broşlarla bərkidin və son olaraq saç spreyi səpin.
Hippi stilli saç modeli hazırdı. Gülə-gülə istifadə edin!