Qadin.NET / Toy topuzunun hazırlanma qaydası

Toy topuzunun hazırlanma qaydası

Toyda topuz olduqca havalı və fərqli stiliylə sizi bir pəri qızına çevirəcək. Kompleks kimi görünməsinə baxmayaraq hazırlanması asan bir icrası olan bu topuz toy və nişan mərasimlərində, sevgilinizlə getdiyiniz qəşəng bir axşam yeməyində, ya da xüsusi bir mükafat gecəsində istifadə edə bilərsiniz. Sadə detalları olan və qəşəng bir görnüşə sahib qara paltarınız, dəbdəbəli boyunbağınız və qırmızı ayaqqabılarınızla göz alıcı bir gözəlliyə sahib ola bilərsiniz. Boz rəng ilə tünd qəhvəyi qələm çəkilmiş gözlər və qırmızı dodaq boyası ilə makiyajınızı da tamamlaya bilərsiniz. Krep darağı, iki dənə rezin aksessuar, tel broşları və saç spreyi ilə bu möcüzəvi topuza qısa bir müddətdə sahib ola bilərsiniz. Bu fərqli və cazibədar topuzun hazrlanma qaydasını sizə şəkillər ilə təqdim edirəm.

 

 

Toy topuzunun hazırlanma qaydası

 

1. Saçlarınızı istədiyiniz tərəfdən ayırın və hər iki tərəfdəki saçınızı qulaqlarınızın arxasına gətirin. Saçlarınızı yaxşıca darayaraq düzləşdirin. Arxadan saçınızı ikiyə ayırın. Saçınızın ayırdığınız hissəsini iki tutam edib şəkildəki kimi bir düyün atın.

 

 

Toy topuzunun hazırlanma qaydası

 

2. Düyün atdığınız saçınızı hörüb rezin tokayla yığın. Eyni əməliyyatı saçınızın digər tutamına da tətbiq edin. Hördüyünüz saçınızı yana və aşağı doğru qıvırıb tel tokalarla bərkidin.

 

 

Toy topuzunun hazırlanma qaydası

 

3. Digər hörüyünüzü onun tərsi formasında çevirib tam yanına yerləşdirin. Tel tokalarla bərkidin. Saçınızın üst hissəsinə bir az canlılıq verib saç spreyiylə təmin edin.

 

 

Toy topuzunun hazırlanma qaydası

 

Toy topuzunuzu gülə-deyə istifadə edin.
1 may 2015
GO BACK