Bu göz alıcı və gözəl saç topuzuna sahib olmaq istəyirsiniz? Onda yazımı oxuyun, çünki bu saç topuzunun necə ediləcəyini sizə izah edəcəyəm. Saç ustasına pul vermək istəməsəniz, daha təbii görünüşlü və rahat bir toppuz etmək istəsəniz, bu model tam sizə görədir. Bu saç stilinə sahib olmanız üçün bir neçə şeyə ehtiyacınız olacaq. Rezin çubuq, maşa, tel çubuqları, saç üçün qoruyucu krem (heat protectent) və krep darağı ilə topuzunuz hazır olacaq! Qəşəng və fərqli formada olan bir köynəklə bu saçı kombinə edə bilərsiniz. Yüngül parıltılı bir göz kölgəsi, 60-cı illərin qalın layneri və taxma kirpiklərlə gözəl bir göz makiyajı və bənövşəyi dodaq boyası kombinasyonunuzu tamamlayacaq.
1. Saçınıza qoruyucu krem çəkin. Saçınızı arxadan iki qalın tutamdan yanlara ayırın. Daha sonra fen darağıyla arxa hissəyə bir parça atın. Sonra da şəkildə gördüyünüz kimi saçınızı arxadan atquyruğu yığın. Saçınızın üst-orta hissəsinə əlavə canlılıq qatmaq üçün bir parça daha didik atıb saçınızı maşa ilə yıqın.
2. Daha sonra atquyruğunuzu fırladıb toppuz halına gətirib tel tokalarla bərkidin. Yanlarda olan saç tutamlarını incə-incə alıb topuzunuza dolayın. Tel tokalarla bərkidin.
3. Eyni əməliyyatı digər tutamlarda da tətbiq edin.