Əziz xanımlar saçları zədələmədən boyamaq mümkündür, bunun üçün təbii vastələr mövcuddur.
Təbii rəngləyicilərə basma, xına, soğan qabığı, qoz, çay, qəhvə və çobanyastığı aiddir. Ən yaxşısı odur ki, saçları kimyəvi vasitələrdən və rənglərdən istifadə etməmişdən əvvəl təbii rənglərdən istifadə etməkdir. Təbii rənglər ona görə yaxşıdırlar ki, onlar saçları zədələmir, əksinə onlara ipək hamarlığı və parıltı verir. Ona görə də saçlarınızı təbii rənglərlə boyamaq qərarına gəlmisinizsə, bəzi nüansları da nəzərə almalısınız. Hər dəfə saçlarınızı yuyandan sonra onları yenidən rəngləməli olacaqsınız. Təbii rəngləyiciləri yaş və təmiz saçlara fırça və süngər vastəsilə sürtmək lazımdır.
Beləliklə, ən qədim rəngləyicilər sayılan xına və basmadan başlayaq. Xına ilə ancaq təbii rəngi qəhvəyi və şabalıdı olan saçları rəngləmək üçün istifadə etmək olur. Rənglənmiş və ya kimyəvi vastələrlə rəngi açılmış saçlarda xına ilə rəngləmə kök rəngi və ya qırmızı çalarlar verir. Qara saçlar ümumiyyətlə xına ilə rənglənmirlər. Basma-saç rəngləmək üçün təmiz halda istifadə olunmur, belə ki, o saçları yaşıl və ya yaşılımtıl-mavi rənglərə boyayır. O saçlara ya xına ilə birlikdə, ya da ondan sonra tətbiq edilir. Qara rəng almaq üçün əvvəlcə xınadan, sonra basmadan istifadə olunur. Saçlarınızın uzunluğundan asılı olaraq hər birindən 25-100q quru kütlə götürülməlidir. Bərabər götürülmüş 2 rəngdən şabalıdı rəng, 2 hissə xına 1 hissə basmadan tunc rəngi alınır. 1 hissə xına və 2 hissə basmadan qara rəng alınır.
İşıqlı rənglər almaq üçün rəngi saçda 10-40 dəqiqə saxlamaq tələb olunur. Tünd rəng üçün isə 1-1,5 saat vaxt tələb olunur.
Çobanyastığıdan açıq rəngli saçları boyamaq üçün istifadə olunnur. Hər dəfə yuyunmadan sonra saçları çobanyastığı ilə yaxalamaqla qızılı rəng almaq mümkündür. Bundan əlavə saçları parlaq və sözəbəxan olurlar.
Saçları rəngləmək üçün başqa bir vasitə soğan qabıqlarıdır. Ondan qarabuğdayılar istifadə edə bilərlər. Soğan qabıqları saç rəngini daha da tündləşdirir. Bunun üçün hər dəfə saçlarınızı yuduqdan sonra onları soğan qabıqları dəmləməsi ilə yaxalamalısınız. O çox asan hazırlanır: 50q soğan qabığı üzərinə 1 stəkan su töküb 20 dəqiqə qaynadırlar. Belə dəmləmə təkcə saçları rəngləmir, həm də onları möhkəmləndiri və kəpəyi təmizləyir.
Saçların qoz ilə rənglənməsi ilə saçlar şabalıdı çalarlar alır. Qozun yaşıl qabıqları xırdalanaraq su ilə smetan halına gələnə kimi ət maşınından çıxarılır. Bu sıyıqı saçlara çəkib 15-20 dəqiqə saxlamaq tələb olunur. Qozun yaşıl yarpaqları həm təzə hə də qurudulmuş ola bilər.
Cökə çiçəyi saçlara tünd çalarlar verir və onları parıltılı edir. Dəmləməni hazırlamaq üçün 1 x/q cökə çiçəyi üzərinə 1 st qaynar su töküb zəif odda 20 dəqiqə dəmləməyə qoymaq lazımdır, sonra saçlara çəkmək lazımdır.
Qəhvə kürənlər üçün əla rəngləyici vastədir. Sadəcə tünd qəhvə hazırlamaq və saçları onunla yaxalamaq lazımdır.
4-5 qaşıq qəhvə dənəciklərini 1stəkan su ilə 5 dəqiqə müddətində dəmləmək lazımdır. Bir az soyudub 1paket xına ilə qaışdırmaq və saçın uzunluğu boyu sürtmək tələb olunur. Xüsusi papaq taxmaqla 10-40 dəqiqə gözləmək lazımdır. Bu gözəl qəhvəyi rəngin alınması üçün ideal maskadır.
Çay saçları qəhvəyi rənginə boyayır. 2-3 x/q çayı 1 stəkan su ilə dəmləmək lazımdır. Dəmləmə prosesi üçün 15 dəqiqə tələb olunur. Bu dəmləmə ilə saçları yaxalamaq və bir neçə dəqiqə saxlamaqla saçları təmiz su ilə durulamaq lazımdır.