Əziz xanımlar, bu dəfə sizlərə evdə saç açma və boyama etməyi göstərəcəyəm. Düzdür, salonda etmək daha yaxşıdır, amma bu rəngləmə həm tez -tez, həm də özünüz edə biləcəyiniz tərzdədir.
Lazım olanlar:
Perekis 2 çay qaşığı,
ammonyak 20 damcı,
blondaran 2 ç.q,
su 1 ç.q,
şampun 1ç.q,
fırça,
əlcək,
baş üçün maska,
adi selofan,
xırda sancaqlar,
bir qab
Mütləq əlcək geyinilməlidir.
Yazılanları əczaçılardan ala bilərsiniz və bir qaba əlavə edin.
Hamısını yaxşıca qarışdırın. Əgər saçınız çoxdursa, bunu iki və üç dəfə artılmalısınız.
Sonra selofonlarları kvadrat kəsirik, ya da falqa kağızla da etmək olur.
Əgər saçınızın hamısını açıb rəng qoymaq istəyirsinizsə, rəngi saçda çox saxlayın və ara-ara yoxlayın. Onu da deyim ki, az sarı rəng almağını istəyirsinizsə, saçınızda az saxlayın və tez-tez yoxlayıb rənginə baxın və saçı yuyun.
Əgər saçınıza zolaqlar atmaq istəyirsinizsə, istədiyiniz hissədən saç götürün və yaxşı olar ki, diş fırçası ilə edəsiniz ki, digər saçlara dəyməsin.
Saçınıza çəkdikdən sonra selofana büküb sancaqla bərkidin və fikir verin ki, bağlama ağzı aşağı dayanmasın yoxsa, dərman saçda qaynadığı zaman ağzından axıb tökülərək digər hissələr idə rəngləyə bilər.
Saçınıza maskanı keçirin və çalışın isti yerdə əyləşin və tez-tez yoxlayın. Olmasa fenlə isidin. Rəngi istədiyiniz kimi olduqdan sonra yuyun.
Ara-ara etsəniz, saçınız belə bir rəng alacaq.
Bunu özünüz ev şəraitində tez-tez boyaya bilərsiniz.