Normal saçlar yağlı, quru, saçlar kimi o qədər də qulluq tələb etmir. Bununla belə, bu tip saçların da daimi qayğıya, sağlamlığa ehtiyacı var. Normal yağlanan sağlam saçları həftədə bir dəfə yumaq kifayətdir. Yumuşaq sudan istifadə etmək yaxşıdır. Bunun üçün suyu qaynadıb soyumağını gözləmək lazımdır. Suyun yumuşaq olmasını istəyirsinizsə, ora 1 çay qaşığı çay sodası, çay qaşığının yarsı qədər naşatır spirti və 1 xörək qaşığı qliserin qatın.
Normal saçlar üçün kəklikotu:
İki ovuc kəklikotunu ovalayın. Üzərinə 0,5 litr qaynar mineral suyu töküb, soyudub süzün. Saçlarınızı bir dəfə yuduqdan sonra cövhəri saçınıza sürtün. Saçınızı dəsmalla bağlayın. 15 dəqiqə gözləyin. Kəklikotu saç tökülməsi ilə mübarizə aparır.
Yağlı saçların parlaqlığı üçün maska:
1 ç.q gənəgərçək yağı.
1 ç.q ayıpəncəsi yağı.
1 ç.q limon və ya toz ağacı şirəsi.
Qatışığı hər gün saçın dərisinə sürtmək lazımdır. Dəsmalla sarıyıb 2 saatdan sonra şampunla yumaq lazımdır. 2 həftədən sonra saçlar sağlam, parıltılı və möhkəm olacaq. Yağlar saçları qidalandırır şirə isə xeyirli maddalərlə təmin edir.
Normal saçların yaxalanması:
Gicitkan, pıtraq otu normal saçların yuyulmasında suya qatışdırılır.
Gicitkanın yarpaqları 4 x.q
Pıtraq otunun kökü 2 x.q
Qarışıqlar qarışdırılıb üzərinə bir stəkan qaynamış su tökülür zəif odda 10 dəqiqə saxlanılır.
Tibbi çobanyastığı cövhəri ilə saçınızı dərhal yaxalaya bilərsiz.
Cövhərə 1 x.q sirkə ( alma və ya üzüm) əlavə edib tənzif torbanın içinə saçınızı yaxalayacaq miqdarda 2 x.q çobanyastığı qoyub qaynar su tökmək lazımdır. Cövhər, siz saçınızı yuyacaq müddətdə hazır olacaq.
Yağlı saçlar üçün xardal maskası.
Xörək qaşığı xardal tozunu xörək qaşığı isti su ilə qarışdırın. Çay qaşığı şəkər və yumurta sarısını əlavə edin. Yalnız saç köklərinə vurun, isti bağlayın 30-60 dəqiqə saxlayıb yuyun.