1. Saçların tez uzanması üçün maska
Saç bir ay ərzində bu maskadan sonra maksimum 10 sm uzana bilir. Əsas kompanentlərdən sayılan xardal istilik əmələ gətirir, saç soğanaqlarında qan dövranını aktivləşdirir, bu da saçların uzanmasını sürətləndirir.
Lazım olan ərzaqlar:
2x/q xardal,
1yumurta sarısı,
zeytun yağı,
şəkər və isti su.
Ərzaqları qarışdırıb saç diblərinə çəkmək lazımdır. 15 dəqiqədən 1 saata kimi saçda saxlayaraq həftədə 3 dəfə olmaqla bir ay ərzində maska edilməlidir.
2. Saçların tökülməsinin qarşısını alan maska
Əgər saçlarınız güclü tökülürsə, follikulları gənəgərçək yağı və soğan ilə möhkəmləndirmək lazımdır. Buna görə də bu cür maskadan istifadə olunur:
1 x/q gənəgərçək yağı,
1 soğanın suyu,
kalendula cövhəri,
acı bibər cövhəri,
1x/q bal,
1 yumurta sarısı.
Saç köklərinə çəkilir və hamam papağı taxılaraq 30 dəq. gözlədilir. Əgər saçlarınız qısadırsa, lazım olan vastələri 1 ç/q da götürə bilərsiniz.
3. Sözə baxan saçlara sahib olmaq üçün maska
Bu cür maska hamarlayıcı effekt verir, saçları axıcı və itaətli edir.
Lazım olan vastələr:
1ç/q sirkə və qliserin,
1 çalınmış yumurta,
2x/q gənəgərçək yağı.
Bir cins məhsul əldə olunana kimi məhsullar çalınır, saçın uzunluğu boyunca çəkilir, saçlar duş papağı ilə örtülür və yaylıqla bağlanır. Maska şampunun köməyi ilə saçlarda yuyulur. Onun saçlarda həm gecə boyunca və ya 1 neçə saat saxlamaq olar. Daimi istifadədən sonra istənilən effekt almaq mümkündür.
4. Qalın saçlara sahib olmaq üçün maska
Bunun üçün 2 x/q qatıq, bal və 2 ç/q maya tələb olunur. Maya iliq suda isladılıaraq 1 saat ərzində qaranlıq və isti yerde saxlanılır. Sonra qatıq və bal qarışdırlaraq mayanın üzərinə əlavə olunur. Maska saçda 1 saat saxlanılır. Saçları sonda alma sirkəsi qatılmış su ilə yaxalamaq da olar. Daimi istifadə zamanı effekt 1 aya hiss olunur.
5. Çay dəmi ilə saçlarınızı qalınlaşdırın.
Bu maska saç diblərindəki qan dövranın sürətləndirir, həm də dərini qurutduğu üçün saçların tez yağlanıb yaprıxmasının da qarşısını alır. Yarım litir araq 250 q dəmlənmiş çay qarışdırılıb saçın dibindən uzunluğu boyunca tökülür, saçın suyu dəsmaldan istifadə etmədən sıxılaraq maska 1 saat saxlanılır. Həftədə 2 dəfə olmaqla istifadə olunarsa arıq bir aydan sonra saçınızda "zərif yun " olduğununhiss edəcəksiniz bu o deməkdir ki, artıq yeni saçlar əmələ gələyə başlayıb.
6. Həcimli saçlar üçün maska
Bu maska saçlara həcm, canlılıq və parıltı verir. O çox sadə hazırlanır:
1/2 stəkan qatıq,
1 yumurta,
1ç/q kakao.
Maskanın yarısını saçların dibinə çəkib onun nisbətən qurumasını gözləyin, daha sonra ikinci yarısını da çəkmək lazımdır. Sonra duş papağını taxaraq maskanı saçda 30 dəqiqə saxlayıb yuyun. Sizi saçlarınızın həcmli olmasına zəmanət veririk.