Qadin.NET / Saç tökülməsinin qarşısını alan vasitələr

Saç tökülməsinin qarşısını alan vasitələr

Saç tökülməsinin qarşısını alan vasitələr

Bir çox insan həyatı boyunca saç tökülməsi problemi ilə qarşılaşır. Genetik xüsusiyyətlərimiz bu problemdə böyük rol oynasa da (Atanızın saçları necə idi?), müddəti yavaşlada biləcək və ya möhkəmləşdirəcək bir çox faktor var. Bəslənmə, stress, mineral əksikliyi, ətraf aləm çirkliliyi tez və çox saç tökülməsinə yol aça bilər! 
Cavablamanız lazım olan ilk sual: Siz sürətlənmiş formada saç tökülməsi ilə üz-üzə qalmısınız? Saçlarınız sürətlə tökülürsə, təcili olaraq tiroid problemləri və ya hormonlarını yoxlatdırmaq üçün həkimə müraciət etməlidir. Baş barmağınız və orta barmağınızın arasına kiçik bir tutam (təxminən iyirmi saç) yerləşdirin, yavaş və sərt şəkildə çəkin. Əgər əlinizdə altı və ya daha çox saç teli qaldısa, saç tökülməsindən əziyyət çəkmiş ola bilərsiniz və həkimə müraciət etməlisiniz.
Saç tökülməsinin ən böyük səbəbi genetik quruluşumuzdur. Təbiətin genetik güclərini tamamilə məğlub etmək qeyri-mümkün olsa da, müddəti yavaşladıb illərcə saç tökülməsinin qarşısını almağın bir çox yolu var. Saç tökülməsinə qarşı üsullar bahalı olmaq məcburiyyətində deyil. Budur, saçlarınızın tökülməsinin qarşısını almaqda sizə kömək edəcək bir neçə sadə üsulla tanış olun.
Saç tökülməsinin qarşısını alan vasitələr
Vitamini bol olan qidaları seçin.
Saçın böyümək üçün qidaya ehtiyacı vardır və bu qidaların ən təbii qaynağı vitamindir. Qidanızda B6, B12 və D vitaminlərinin olduğuna əmin olun. Bu vitaminlər sadəcə bədəninizi lazım olan qida ilə təmin etməz, həm də hormonlarınızın balansını qoruyar.
Hormonal pozğunluq saç tökülməsinin səbəblərindən biridir. Qidanızda vitaminlərdən əlavə dəmir, kalsium, soya və zülal da olmalıdır.
Stresli olmayın.
Stress saç tökülməsinin səbəblərindən biri olaraq tanınıt. Buna görə də stresdən uzaq durmağa çalışın. Bunun üçün ən gözəl üsul isə dostlarınızla vaxt keçirmək, idman etmək və sevdiyiniz bir işlə məşğul olmaqdır. 
Saçınıza qulluq edərkən kimyəvi maddələrdən istifadə etməyin.
Bir çox saç məhsullarında kimyəvi maddələr var. Onların mütəmadi olaraq işlədilməsi isə saç tökülməsinə gətirib çıxardır. Ona görə də saça zərər verən kimyəvi maddəli vasitələrdən uzaq durmağa çalışmalısınız. 
 Saç tökülməsinin qarşısını alan vasitələr
Saçınızı xlor və duzlardan qoruyun.
Bu iki kimyəvi maddınin saç köklərinə zərər verdiyi və tez keçəlləşməyə yol açdığı sübut edilmişdir. Xlor krant suyunda antiseptik olaraq və üzmə hovuzlarında istifadə edilir. Krant suyuyla başınızı yumaqdan imtina edə bilməsəniz də, xloru filtləyən bir başlıqdan istifadə edə bilərsiniz. Üzməyi sevirsinizsə, başınızı üzmə papaqları ilə bağlayaraq üzə bilərsiniz.
Duz isə okean və dəniz suyunda olur. Buna görə də papaqsız əsla üzməyin. Əgər saçınızın xlorlu və ya duzlu suyla ünsiyyətə girməsinə maneə olmaq sizin üçün çətindirsə, sudan çıxdıqdan dərhal sonra saçınızı mütləq təbii bir saç kremiylə durulayın.
Qidalanma qaydasına nəzər yetirin.
Sağlam qida sağlam saç deməkdir. Qidalarınızda bol zülal olsun. Aşağıdakı qidaları günlük yeməklərinizə əlavə edə bilərsiniz:
- Buğda, yulaf, süd məhsulları və yumurta ağı (Sink tərkiblidirlər.)
- Portağal, toyuq, ispanaq, brokoli, balıq və soya paxlası (Tərkibində bol vitamin var.)
- Banan, ton balığı (Tərkibində maqnezium boldur.)
- Göyərtilər, balıq, lobya (Tərkibində dəmir boldur.)
Saç tökülməsinin qarşısını alan vasitələr
Siqaret və içkidən uzaq durun.
Xərçəng siqareti buraxmaq üçün kifayət qədər yaxşı bir səbəb deyilsə, bəlkə saç tökülməsi tərgitməyinizə kömək olar! Siqaret çəkmək sağlamlığınız üçün ümumi olaraq yaxşı deyil. İçinizə çəkdiyiniz karbon monoksid oksigenin qanınızdakı dövranına maneə olur və bunun sonunda qidaların saç diblərinizə gedə bilməməsinə yol açır. Buna görə də saçlar tökülməyə başlayır.
Spirtli içkilər də saçın tökülməsinə səbəb olur. Spirt aşağıdakılara yol açır:
- Sink sorulmasına maneə törədir.
- Dehidrasiyaya səbəb olur və qidaların sorulmasını dayandırır.
- Saçların həcmini azaldır və saç tökülməsin artırır.
16 dekabr 2014
GO BACK