Soğan min bir dərdin dərmanı olduğu kimi saçlarımızın baxımında da bizim ən böyük köməkcimizdir. Soğan suyu saçımızın uzanmasında, tökülməsinin qarşısını almaqda, daha dolğun, daha canlı, daha parlaq olmasında da ən böyük köməkçimizdir.
Bir orta boy soğanın qabığını soyuruq və ortadan 4 yerə bölürük. Üzərinə bir stəkan su tökürük və 5-10 dəqiqə qaynadırıq, soğanı içindən çıxartmadan soyumağa qoyuruq, soyuduqdan sonra təmiz saça masaj edərək yediririk, 1 saat gözlədikdən sonra ilıq su ilə durulayırıq. Bu maskanı heftədə 2 dəfə nizamlı olaraq etmək lazımdır.
Bu maskanı özüm də istifadə etmişəm və nəticəsini çox qısa vaxtda görmüşəm, saçım çox gec uzanırdı və çox cansız, həm də mat görünürdü, hətta əl vurduqda belə saçlarım tökülürdü. Mən saçımı yeni kəsdirmişəm, yəni 1 həftə olar saçımı kəsdirdiyim və cəmi iki dəfə bu maskadan istifadə etmışəm, saçım 1 sm uzanıb, əvvəlki parlaqlığını geri qazanıb, tökülməsi azalıb, çox canlı və dolğun görünür. Bir də bunu da deyim sizə, əgər saçınızda rəng açıcı istifadə etmisinizsə, bir müddət gözlədikdən sonra bu maskadan istifadə edə bilərsiniz, əks təqdirdə saçlarınız qırılaraq olduğundan daha da çox töküləcək və heç bir təsirini görməyəcəksiniz. Bu maskadan istifadə etdikdə çalışın fenlərdən, boyalardan və saç şəkiləndiricilərdən uzaq durun. Deyəcəksiniz, saçımdan soğan iyi gələcək, heç də belə düşünməyin, inanın saçdan bir qıram da olsun soğan iyi gəlmir, yenə də tərədüd edə bilərsiniz, onda saçınızı yuduqdan sonra saçınıza ətir vurun.
Digər məsləhətlərim isə saçınızı sulu halda daramayın, saç sulu olduqda ağırlaşır və onları daradıqda onlarla kobud rəftar etdikdə qırılaraq tökülür. Şampun aldıqda saç tipinizə uyğun şampunlardan istifadə edin. Daim baxımlı olmağınızı arzu edirəm.